Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Food Mood Restoranlarına gündəlik əməliyyat fəaliyyətinə nəzarət
etmək;
Restoran və filiallarda müəyyən edilmiş iş standartlarının
tətbiqini və icrasını yoxlamaq;
Restoranların zal, mətbəx, kassa, anbar
və digər əməliyyat sahələrinin fəaliyyətini monitorinq etmək;
Xidmət
keyfiyyətinin və müştəri məmnuniyyətinin müəyyən edilmiş standartlara uyğunluğunu
qiymətləndirmək;
Restoran əməkdaşlarının iş proseslərini, davamiyyətini
və əmək intizamını izləmək;
Personalın iş bölgüsü və iş qrafikinin
effektiv təşkilinə dəstək olmaq;
Mətbəx və xidmət proseslərinin texnoloji
və əməliyyat standartlarına uyğunluğuna nəzarət etmək;
Məhsulların
qəbulu, saxlanılması, istifadəsi və silinməsi proseslərini monitorinq etmək;
Anbar qalıqları, məhsul itkisi və sərfiyyat göstəricilərinə nəzarət
etmək;
İnventarizasiya proseslərində iştirak etmək;
Kassa və satış əməliyyatlarının müəyyən edilmiş prosedurlara uyğunluğunu
yoxlamaq;
Günlük, həftəlik və aylıq əməliyyat hesabatlarının
hazırlanmasında iştirak etmək;
Restoranlarda aparılan yoxlamaların
nəticələrini təhlil etmək və aşkar edilmiş nöqsanlar üzrə tədbirlər planı hazırlamaq;
Aşkar edilmiş əməliyyat problemlərinin aradan qaldırılmasını aidiyyəti şəxslərlə koordinasiya
etmək;
Restoranlarda sanitariya, gigiyena və qida təhlükəsizliyi
standartlarına riayət olunmasını izləmək;
Avadanlıqların texniki
vəziyyətini monitorinq etmək və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
Yeni filialların açılışı, yenilənməsi və əməliyyat proseslərinin qurulmasında iştirak
etmək;
Şirkətin restoran şəbəkəsində əməliyyat proseslərinin
təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Tələblər:
Ali təhsil;
Restoran, iaşə, hotelçilik,
pərakəndə və ya xidmət sektorunda minimum 3 il iş təcrübəsi;
Restoran
əməliyyatları və filial fəaliyyətinin təşkili barədə praktiki biliklər;
Güclü təşkilatçılıq və kommunikasiya bacarığı;
Problemləri operativ müəyyən etmək və həll etmək qabiliyyəti;
Komanda ilə işləmək və müxtəlif filiallarla effektiv kommunikasiya qurmaq
bacarığı;
Ölkə (Şimal bölgəsinə) daxilində regionlara mütəmadi ezamiyyətə
getmək imkanı;
İş barədə məlumat:
İş yeri: Bakı, Həsən Seyidbəyli küç;
5 günlük iş qrafiki: 09:00-18:00.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd
olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
