Vakansiya haqqında
"KƏPƏZ BOKT" MMC əməliyyatçı-mühasib vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
Gündəlik mədaxil-məxaricin proqram təminatına işlənilməsi
Nostro bank hesablarından müştərilərin ödənişlərinin proqram təminatına yığılması
Mühasibat şöbəsi tərəfindən daxil edilən əməliyyatların sistemə işlənilməsi, müxabirləşmələrin üzləşdirilməsi
Hər gün sənədlərlə çıxarışların üzləşdirilməsinin aparılması
Müqavilələri hazırlamaq və əməliyyat proqramlarına məlumatları daxil etmək
Kassaya mədaxil-məxaric olunan vəsaitlərin proqram təminatına yığılması, müxabirləşmələrin aparılması
Namizədə qoyulan tələblər:
Ali təhsil
Səlis Azərbaycan dili (rus dili üstünlükdür)
MS Office (xüsusilə Excel və Word) proqramlarında işləmək bacarığı
Ünsiyyətcil, məsuliyyətli, analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti
Müvafiq sahədə təcrübə arzu olunandır
Komandanı idarəetmə bacarığı
Stressə davamlılıq
İş şərtləri:
Əmək haqqı: 600–700 AZN
5 günlük iş qrafiki, 09:00–18:00
Tam ştat
Rüblük əsaslarla əməyin əlavə qiymətləndirilməsi
Maraqlanan namizədlər CV-ni info@kepez-bokt.az ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
