Vakansiya haqqında
Nə təklif edirik?
“Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
Peşəkar komanda ilə işləmək imkanı;
İşçinin inkişafını dəstəkləyən təlim və tədris proqramları.
Vəzifə öhdəlikləri:
Elektrik sistemlərinin, cihazların və komponentlərin mütəmadi yoxlanılması, profilaktik baxımının həyata keçirilməsi və təmiri;
Elektrik təhlükələrinin və kənarlaşma hallarının müəyyən edilməsi;
Sistemdə yaranan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
Müvafiq elektrik cizgilərinin oxunması, cizgilərə əsasən avadanlıq və xətlərin müəyyən edilməsi;
Elektrik sistemlərinin və avadanlıqların uyğun ölçmə və sınaq alətləri ilə test edilməsi;
Aşınmış avadanlıqların təmir və bərpası;
Elektrik avadanlıqlarının dəyişdirilməsi ilə bağlı təkliflərin verilməsi;
Elektrik işləri üzrə hesabatların hazırlanması və təqdim olunması;
Yeni elektrik avadanlıqlarının və cihazların quraşdırılması;
Əmək təhlükəsizliyi qaydalarına və fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.
Namizədə aid tələblər:
Elektrik sahəsi üzrə peşə və ya ali təhsil;
Elektrik ixtisas sertifikatı;
Müvafiq sahə üzrə minimum 3-4 il təsdiqli iş təcrübəsi;
Yaşayış və istismar sahələrinə dair elektrik standartları və tələbləri üzrə əsaslı biliklər.
İş şəraiti:
İş rejimi: 5 günlük;
İş yeri: Göygöl.
CV-lərinizi “Elektrik - Göygöl” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
