Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Göygöl Şərab Zavodu ASC

Elektrik

GöygölMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Müəssisənin inzibati binasında, istehsalat sahələrində, anbarlarda və digər yardımçı tikililərdə elektrik təsərrüfatının saz vəziyyətdə saxlanılmasını təmin edir. İnzibati və istehsalat binalarında elektrik naqillərinin, elektrik xətlərinin, rozetkaların, açarların, işıqlandırma sistemlərinin, elektrik panellərinin və digər elektrik avadanlıqlarının quraşdırılması, təmiri və texniki xidmətini həyata keçirir. İstehsalat sahələrində quraşdırılmış elektrik avadanlıqlarının, istehsal xətlərinin, elektrik mühərriklərinin, nasosların, kompressorların, konveyerlərin, doldurma, qablaşdırma, etiketləmə və digər texnoloji qurğuların elektrik hissələrinin işlək vəziyyətdə saxlanılmasını təmin edir. Elektrik mühərriklərinin, idarəetmə panellərinin, avtomatik açarların, kontaktorların, relelərin, tezlik çeviricilərinin və digər elektrik-elektron komponentlərinin texniki baxışını, diaqnostikasını və təmirini həyata keçirir. İstehsalat avadanlıqlarında yaranan elektrik nasazlıqlarını müəyyən edir, onların aradan qaldırılması üçün zəruri tədbirlər görür. İstehsal prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə elektrik avadanlıqlarının planlı profilaktik baxışını və texniki xidmətini həyata keçirir. Müəssisənin elektrik paylayıcı lövhələrinin, transformator və paylayıcı qurğularının, elektrik təchizatı xətlərinin və müvafiq elektrik sistemlərinin texniki vəziyyətinə nəzarət edir. Yüksək gərginlikli elektrik qurğularına, elektrik paylayıcı sistemlərinə və müvafiq avadanlıqlara texniki xidmət və təmir işlərini yalnız müvafiq ixtisas, elektrik təhlükəsizliyi üzrə tələb olunan qrup və səlahiyyətlər çərçivəsində həyata keçirir. Müəssisənin ehtiyat elektrik təchizatı sisteminin, o cümlədən generatorların texniki sazlığını və işlək vəziyyətdə saxlanılmasını təmin edir. Generatorların, avtomatik ehtiyat enerji qoşulma sistemlərinin (ATS), idarəetmə panellərinin, elektrik kabellərinin və digər əlaqəli avadanlıqların texniki baxışını, profilaktik xidmətini və nasazlıqların aradan qaldırılmasını həyata keçirir. Əsas elektrik təchizatı kəsildikdə ehtiyat enerji mənbələrinin işə hazırlanmasını və müəssisənin elektrik təminatının bərpasını öz səlahiyyətləri daxilində təmin edir. Elektrik avadanlıqlarının istismar qaydalarına, texniki pasportlarına, istehsalçı təlimatlarına və texniki təhlükəsizlik tələblərinə uyğun işlədilməsinə nəzarət edir. Elektrik xətlərində, mühərriklərdə, elektrik panellərində və digər avadanlıqlarda yaranan qızma, qısaqapanma, izolyasiya zədələnməsi və digər təhlükəli nasazlıqları vaxtında müəyyən edir və aradan qaldırılması üçün tədbirlər görür. Elektrik enerjisindən səmərəli istifadə olunmasına, enerji itkilərinin azaldılmasına və elektrik avadanlıqlarının optimal iş rejimində fəaliyyət göstərməsinə nəzarət edir. Müəssisənin elektrik təsərrüfatı üzrə texniki sənədlərinin, elektrik sxemlərinin, avadanlıq pasportlarının və görülmüş təmir işlərinə dair qeydlərin aparılmasında iştirak edir. Elektrik avadanlıqlarının təmiri üçün tələb olunan ehtiyat hissələrinin, elektrik materiallarının, kabellərin, avtomatik açarların, qoruyucu vasitələrin və digər texniki ləvazimatların tələbatını müəyyən edir və aidiyyəti üzrə sifariş verir. Elektrik qəzası, elektrik təchizatında fasilə və ya avadanlıqlarda ciddi nasazlıq yarandıqda dərhal aidiyyəti rəhbərliyə məlumat verir və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edir. Elektrik avadanlıqlarında aparılan təmir və quraşdırma işlərinin elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına uyğun həyata keçirilməsini təmin edir. Elektrik avadanlıqlarının torpaqlama və mühafizə sistemlərinin, qoruyucu avtomatların və digər elektrik mühafizə vasitələrinin sazlığına nəzarət edir. Elektrik işləri zamanı fərdi mühafizə vasitələrindən və xüsusi təyinatlı alətlərdən istifadə edir, onların sazlığını yoxlayır. İstehsalat sahələrində elektrik avadanlıqlarının yerləşdiyi ərazilərdə təhlükəsiz istismar şəraitinin qorunmasına və elektrik təhlükəsi yarada biləcək halların qarşısının alınmasına nəzarət edir. Elektrik avadanlıqlarında aparılmış təmir, quraşdırma və profilaktik xidmət işləri barədə müvafiq qeydlər aparır və görülmüş işlər haqqında birbaşa rəhbərinə məlumat verir. Müəssisənin istehsalat, texniki xidmət, mexaniki təmir və digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Müəssisənin daxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və sanitariya normalarına riayət edir. Birbaşa rəhbəri tərəfindən əmək funksiyasına aid olan qanuni tapşırıqları yerinə yetirir. Tələblər Elektrik sahəsi üzrə müvafiq təhsil və ya peşə hazırlığı. Elektrik işləri üzrə minimum 2 il iş təcrübəsi. Elektrik avadanlıqlarının quraşdırılması, təmiri və texniki xidmətinin göstərilməsi bacarığı. Elektrik sxemlərini oxumaq və anlamaq bacarığı. Elektrik təhlükəsizliyi qaydalarını və texniki normaları bilmək. İş zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək. Komandada işləmək bacarığı. Məsuliyyətli, diqqətli və intizamlı olmaq. Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00 Nahar fasiləsi 13:00 – 14:00, İşçilər naharla təmin olunur Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.