Vakansiya haqqında
Vakansiya: Dizayn istiqaməti üzrə müəllimTəhsil müəssisəsi: Qarabağ Universiteti
Vəzifə öhdəlikləri
Dərs yükünə uyğun fənlərin tədrisi;
Fənn sillabuslarının hazırlanması;
Fakültənin tələbə və müəllim sərgilərinin təşkilində iştirak;
Fərdi və ya dövlət sifarişi üzrə fərdi və ya ictimai müəllif layihələrinin hazırlanması;
Təhsil alanların biliklərinin qiymətləndirilməsində iştirak;
Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;
Tədris prosesindən əlavə, fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.
Namizədlərə tələblər
Təhsil: Müvafiq sahə üzrə minimum magistr dərəcəsi (doktorantura və elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);
İş təcrübəsi: Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji və atelyelər üzrə praktik iş təcrübəsi;
Akademik, konstruktiv və estetik yanaşma;
Geyim dizaynı üzrə istifadə olunacaq 2 və 3 ölçülü proqram bilikləri (xüsusən CLO3D proqramı);
Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;
Tələbəyönümlü və səriştə əsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
Yüksək kommunikasiya bacarığı;
Liderlik və idarəetmə bacarıqları.
Əmək haqqı və rəsmiləşdirmə
Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq;
AR qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
