Vakansiya haqqında
Port Baku ərazisində fəaliyyət göstərəcək premium konseptli Art Studio üçün Rəssam-müəllim vəzifəsinə əməkdaşlar axtarılır.
Vəzifə öhdəlikləri:
Uşaqlar və böyüklər üçün rəsm və rəngkarlıq dərslərinin keçirilməsi;
Müxtəlif rəsm texnikalarının və bədii üslubların tədrisi;
Peşəkar və yaradıcı master-klassların təşkili və keçirilməsi;
Müxtəlif yaş qrupları üçün dərs proqramlarının hazırlanması;
Mənzərə (Landscape), natürmort (Still Life), portret (Portrait), abstrakt (Abstract Art) və dekorativ sənət (Decorative Art) istiqamətlərində dərslərin keçirilməsi;
Akvarel, akril, yağlı boya, quaş, pastel və digər rəsm materialları ilə işləmək;
Teksturalı rəngkarlıq (Texture Art), mastixin texnikası və qarışıq texnikaların (Mixed Media) tətbiqi;
Dekorativ əşyaların, bədii kompozisiyaların və yaradıcı əl işlərinin hazırlanması;
Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin və bədii bacarıqlarının inkişaf etdirilməsi;
Studiyada yaradıcı, komfortlu və peşəkar mühitin təmin edilməsi;
Tematik tədbirlərin, xüsusi master-klassların və digər yaradıcı layihələrin təşkilində iştirak.
Namizədə tələblər:
Təsviri incəsənət, rəngkarlıq, dekorativ-tətbiqi sənət və ya müvafiq sahə üzrə ali və ya peşə təhsili;
Müxtəlif rəsm və rəngkarlıq texnikaları üzrə peşəkar bilik və praktiki bacarıqlar;
Uşaqlar və böyüklərlə işləmək bacarığı;
Yaradıcı düşüncə, ünsiyyət və təqdimat bacarıqları;
Azərbaycan və rus dillərini bilmək, ingilis dili biliyi üstünlükdür;
Məsuliyyətli, kreativ və təşəbbüskar olmaq.
Əlavə tələblər:
İncəsənət sahəsində təhsil diplomunun və müvafiq peşəkar sertifikatların olması;
Namizədin özünə məxsus rəsm əsərlərindən ibarət portfolio təqdim etməsi (məcburidir);
Bədii bacarıqları təsdiq edən iş nümunələrinin (Proof of Artistic Skills) təqdim edilməsi;
Sərgilərdə, müsabiqələrdə və yaradıcı layihələrdə iştirak təcrübəsi üstünlükdür;
Müəllimlik təcrübəsi arzuolunandır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
