Vakansiya haqqında
Azersun Holding-ə daxil olan Al Market MMC pərakəndə satış sektorunda
fəaliyyətini genişləndirərək müştərilərinə keyfiyyətli məhsul və xidmət təqdim edir.
Hazırda Al Market MMC-nin genişlənən fəaliyyətinə dəstək məqsədilə komandamıza
Daşınmaz Əmlak üzrə baş mütəxəssis (Bölgələr üzrə) vəzifəsinə peşəkar əməkdaş
axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Bölgələr üzrə yeni mağazaların açılışı üçün potensial ərazilərin və obyektlərin
araşdırılması;
Yeni obyektlərin yerləşmə mövqeyinin, sahəsinin,
infrastrukturunun və kommersiya baxımından əlverişliliyinin qiymətləndirilməsi;
Daşınmaz əmlak sahibləri və icarəyəverənlərlə danışıqların aparılması;
İcarə şərtlərinin müzakirəsi və razılaşdırılması prosesində iştirak;
Yeni mağazalar üçün uyğun obyektlərin seçilməsi və təkliflərin
hazırlanması;
Mövcud mağazaların icarə müqavilələrinin müddətinə nəzarət
edilməsi və müqavilələrin uzadılması prosesinin koordinasiyası;
Obyektlərə mütəmadi baxışların keçirilməsi, mövcud problemlərin müəyyənləşdirilməsi və həlli
istiqamətində tədbirlərin görülməsi;
Yeni mağazaların açılışı, mövcud
mağazaların köçürülməsi və bağlanması proseslərində aidiyyəti struktur bölmələrlə koordinasiyanın təmin
edilməsi;
Daşınmaz əmlak obyektləri üzrə məlumat bazasının aparılması və
müvafiq hesabatların hazırlanması;
Bölgələr üzrə daşınmaz əmlak bazarının
araşdırılması və potensial inkişaf imkanlarının müəyyən edilməsi.
Namizədə dair tələblər
Ali təhsil;
Daşınmaz əmlak, əmlak
idarəetməsi, icarə və ya satış sahəsində iş təcrübəsi arzuolunandır;
Danışıqlar aparmaq və işgüzar münasibətlər qurmaq bacarığı;
Analitik düşünmə və qərarvermə qabiliyyəti;
MS
Office proqramları ilə işləmək bacarığı;
B kateqoriyalı sürücülük
vəsiqəsi;
Bölgələr üzrə ezamiyyətlərə hazır olmaq;
Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti və üstünlüklər
İş yeri: Azərbaycan Respublikasının bölgələri;
İş qrafiki: 5 günlük iş həftəsi;
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Daşınmaz Əmlak
üzrə baş mütəxəssis (Bölgələr üzrə)” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
