Vakansiya haqqında
Vakansiya: Videoqraf / Kontent yaradıcısı
İşin təsviri və iş şəraiti
İş qrafiki: 6 günlük iş həftəsi;
İş vaxtı: 09:00–18:30;
Nahar: Şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 1000 AZN;
AR qanunvericiliyinə uyğun rəsmi rəsmiləşdirmə;
Müraciət üçün CV və portfolio mütləqdir.
Qeyd: Portfolio-da xüsusilə namizədin özü tərəfindən çəkilmiş və montaj edilmiş videoların olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri
Telefon və kamera ilə keyfiyyətli video və foto çəkilişlər həyata keçirmək;
Reels, TikTok və digər sosial media formatları üçün kreativ ideyalar yaratmaq;
Videoları müasir və dinamik formada montaj etmək;
Trendləri izləmək və onları brendə uyğun kreativ şəkildə tətbiq etmək;
Instagram, TikTok və digər platformaların işləmə məntiqini anlamaq;
Kontent üçün qısa və kreativ mətnlər hazırlamaq;
Fərqli vizual və kommunikasiya yanaşmalarını araşdırmaq;
Standart yanaşmalardan kənara çıxaraq yeni və fərqli ideyalar təklif etmək.
Namizədə aid tələblər
Kreativ düşüncə tərzinə malik olmaq;
Güclü vizual zövqə sahib olmaq;
Kamera qarşısında və arxasında işləməkdən çəkinməmək;
Öz ideyalarına və yaradıcı yanaşmasına sahib olmaq;
Hazır şablonlarla işləməkdənsə, yeni formatları sınamağı sevmək;
Portfolio təqdim etmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
