Vakansiya haqqında
ANQARD komandası Content Creator axtarır! 🎥Sosial media üçün kreativ ideyalar düşünməyi, video çəkməyi, trendləri izləməyi və məhsulları maraqlı formada təqdim etməyi sevirsənsə, səni komandamızda görmək istəyirik.Vəzifə öhdəlikləri:- Instagram, TikTok və digər sosial media platformaları üçün kreativ kontentlərin hazırlanması;- Reels və qısa formatlı videoların çəkilməsi və montajı;- Məhsul və layihələrin kreativ formada təqdim edilməsi;- Kontent üçün ideya, konsept və ssenarilərin hazırlanması;- Sosial media trendlərinin izlənilməsi və brendə uyğunlaşdırılması;- Kontent planına uyğun çəkilişlərin həyata keçirilməsi.Namizədə tələblər:- Kontent yaradılması, sosial media, marketinq, kommunikasiya və ya əlaqəli sahədə 1 ildən artıq iş təcrübəsi;- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;- Kreativ düşüncə və güclü vizual zövq;- Telefon və ya kamera ilə keyfiyyətli video çəkiliş bacarığı;- CapCut, Premiere Pro və ya digər video montaj proqramlarından istifadə bacarığı;- Instagram və TikTok trendlərini yaxından izləmək;- Portfolio və əvvəlki iş nümunələrinin təqdim edilməsi.İş şəraiti:📍 İş yeri: Mehdiabad qəsəbəsi — fabrikin daxilində yerləşən ofis🕘 İş saatları: 6 gün 09:00–18:00🍽️ Nahar şirkət tərəfindən təmin olunur💰 Əmək haqqı: 700 - 800 AZN
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
