Vakansiya haqqında
İş barədə məlumat
EVOL Mağazalar Şəbəkəsi komandamıza qoşulmaq üçün ünsiyyət bacarığı
yüksək, idarəetmə təcrübəsinə malik, müştəriyönümlü və nəticəyönümlü Call Center Meneceri
axtarırıq!
Rəqabətədavamlı əməkhaqqı;
Nəticələrə əsaslanan bonus və mükafatlandırma sistemi;
Peşəkar və dinamik iş mühiti;
Karyera və peşəkar
inkişaf imkanları;
Şirkətin inkişafında və idarəetmə proseslərində aktiv
iştirak imkanı.
Öhdəliklər
Call Center şöbəsinin gündəlik fəaliyyətini təşkil etmək və idarə
etmək;
Daxil olan telefon zənglərinin, WhatsApp mesajlarının və sosial
şəbəkələrdən gələn müştəri müraciətlərinin vaxtında cavablandırılmasını təmin etmək;
Müştərilərə məhsullar, qiymətlər, kampaniyalar, kredit şərtləri və mağazaların ünvanları
barədə düzgün məlumat verilməsinə nəzarət etmək;
Müştərilərin məhsul
seçimində istiqamətləndirilməsini və satışa yönləndirilməsini təşkil etmək;
Telefon və onlayn müraciətlərin satışa çevrilməsi üçün effektiv satış skriptləri hazırlamaq və
tətbiq etmək;
Müştərilərin müraciətlərini aidiyyəti mağazalara və
şöbələrə düzgün yönləndirmək;
Mağazalarda məhsulun mövcudluğu,
sifarişlərin vəziyyəti və çatdırılma prosesi ilə bağlı müştərilərə operativ məlumat verilməsini təmin
etmək;
Müştəri şikayətlərini araşdırmaq, həll prosesini izləmək və təkrar
problemlərin qarşısının alınması üçün tədbirlər görmək;
Müştəri bazasının
yaradılması və yenilənməsi sistemində düzgün qeydiyyatının aparılmasına nəzarət etmək;
Potensial müştərilərlə təkrar əlaqə saxlanılması və satış imkanlarının artırılması üçün zəng
kampaniyaları təşkil etmək;
Əvvəlki müştərilərlə əlaqələrin qorunması və
təkrar satışların artırılması istiqamətində iş aparmaq;
Reklam və
marketinq kampaniyalarından daxil olan müraciətlərin effektiv idarə edilməsini təmin etmək;
Operatorların danışıq keyfiyyətini yoxlamaq, telefon danışıqlarını dinləmək və
qiymətləndirmək;
Operatorlar üçün təlimlər keçirmək, satış və ünsiyyət
bacarıqlarının inkişafını təmin etmək;
Zənglərin sayı, cavablandırılma
müddəti, itirilmiş zənglər, satışa çevrilmə və müştəri məmnuniyyəti üzrə hesabatlar hazırlamaq;
Çağrı Mərkəzinin (Call Center) fəaliyyətinin effektivliyini artırmaq üçün rəhbərliyə təkliflər
vermək.
Tələblər
Çağrı Mərkəzi və ya müştəri xidmətləri sahəsində minimum 1-3 il iş
təcrübəsi;
Çağrı Mərkəzi komandasının idarə edilməsi üzrə təcrübəyə
üstünlük verilir;
Pərakəndə satış və aktiv telefon satışları sahəsində
təcrübə arzuolunandır;
Telefonla satış və müştəri ilə effektiv ünsiyyət
bacarığı;
Müştəri şikayətlərinin idarə edilməsi və problemlərin həlli
bacarığı;
Azərbaycan dilində səlis danışıq.
Müştəri müraciətlərinin satışa çevrilmə faizi;
Telefon və onlayn kanallar üzrə əldə edilən satış həcmi;
Müştəri məmnuniyyəti göstəricisi;
İlk müraciətdə
problemin həlli faizi;
Müştəri müraciətlərinə cavabvermə
sürəti;
Operatorların fərdi və komanda üzrə
performansı;
Təkrar satış və potensial müştərilərin geri qaytarılması
göstəriciləri.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
