Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Evol MMC

Call Center Meneceri (Çağrı mərkəzi)

BakıMənbə: Boss.az

Vakansiya haqqında

EVOL Mağazalar Şəbəkəsi komandamıza qoşulmaq üçün ünsiyyət bacarığı yüksək, idarəetmə təcrübəsinə malik, müştəriyönümlü və nəticəyönümlü Call Center Meneceri axtarırıq! Rəqabətədavamlı əməkhaqqı; Nəticələrə əsaslanan bonus və mükafatlandırma sistemi; Peşəkar və dinamik iş mühiti; Karyera və peşəkar inkişaf imkanları; Şirkətin inkişafında və idarəetmə proseslərində aktiv iştirak imkanı. Call Center şöbəsinin gündəlik fəaliyyətini təşkil etmək və idarə etmək; Operatorların işinə nəzarət etmək, iş bölgüsünü aparmaq və fəaliyyətlərini qiymətləndirmək; Daxil olan telefon zənglərinin, WhatsApp mesajlarının və sosial şəbəkələrdən gələn müştəri müraciətlərinin vaxtında cavablandırılmasını təmin etmək; Müştərilərə məhsullar, qiymətlər, kampaniyalar, kredit şərtləri və mağazaların ünvanları barədə düzgün məlumat verilməsinə nəzarət etmək; Müştərilərin məhsul seçimində istiqamətləndirilməsini və satışa yönləndirilməsini təşkil etmək; Telefon və onlayn müraciətlərin satışa çevrilməsi üçün effektiv satış skriptləri hazırlamaq və tətbiq etmək; Müştərilərin müraciətlərini aidiyyəti mağazalara və şöbələrə düzgün yönləndirmək; Mağazalarda məhsulun mövcudluğu, sifarişlərin vəziyyəti və çatdırılma prosesi ilə bağlı müştərilərə operativ məlumat verilməsini təmin etmək; Müştəri şikayətlərini araşdırmaq, həll prosesini izləmək və təkrar problemlərin qarşısının alınması üçün tədbirlər görmək; Müştəri bazasının yaradılması və yenilənməsi sistemində düzgün qeydiyyatının aparılmasına nəzarət etmək; Potensial müştərilərlə təkrar əlaqə saxlanılması və satış imkanlarının artırılması üçün zəng kampaniyaları təşkil etmək; Əvvəlki müştərilərlə əlaqələrin qorunması və təkrar satışların artırılması istiqamətində iş aparmaq; Reklam və marketinq kampaniyalarından daxil olan müraciətlərin effektiv idarə edilməsini təmin etmək; Operatorların danışıq keyfiyyətini yoxlamaq, telefon danışıqlarını dinləmək və qiymətləndirmək; Operatorlar üçün təlimlər keçirmək, satış və ünsiyyət bacarıqlarının inkişafını təmin etmək; Zənglərin sayı, cavablandırılma müddəti, itirilmiş zənglər, satışa çevrilmə və müştəri məmnuniyyəti üzrə hesabatlar hazırlamaq; Çağrı Mərkəzinin (Call Center) fəaliyyətinin effektivliyini artırmaq üçün rəhbərliyə təkliflər vermək. Ali təhsil; Çağrı Mərkəzi və ya müştəri xidmətləri sahəsində minimum 1-3 il iş təcrübəsi; Çağrı Mərkəzi komandasının idarə edilməsi üzrə təcrübəyə üstünlük verilir; Pərakəndə satış və aktiv telefon satışları sahəsində təcrübə arzuolunandır; Telefonla satış və müştəri ilə effektiv ünsiyyət bacarığı; Satış skriptlərinin hazırlanması və tətbiqi üzrə biliklər; CRM sistemləri ilə işləmək bacarığı; MS Excel və hesabat proqramlarından istifadə bacarığı; Müştəri şikayətlərinin idarə edilməsi və problemlərin həlli bacarığı; Komandanı motivasiya etmək və idarə etmək qabiliyyəti; Yüksək nitq mədəniyyəti, səbir və inandırma qabiliyyəti; Analitik düşüncə və nəticəyönümlülük; Azərbaycan dilində səlis danışıq. Daxil olan zənglərin cavablandırılma faizi; Cavabsız və itirilmiş zənglərin azaldılması; Müştəri müraciətlərinin satışa çevrilmə faizi; Telefon və onlayn kanallar üzrə əldə edilən satış həcmi; Müştəri məmnuniyyəti göstəricisi; İlk müraciətdə problemin həlli faizi; Müştəri müraciətlərinə cavabvermə sürəti; Operatorların fərdi və komanda üzrə performansı; Təkrar satış və potensial müştərilərin geri qaytarılması göstəriciləri.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.