Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Rifah Group →

Call Center Meneceri (Çağrı mərkəzi)

500

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş barədə məlumat EVOL Mağazalar Şəbəkəsi komandamıza qoşulmaq üçün ünsiyyət bacarığı yüksək, idarəetmə təcrübəsinə malik, müştəriyönümlü və nəticəyönümlü Call Center Meneceri axtarırıq! Rəqabətədavamlı əməkhaqqı; Nəticələrə əsaslanan bonus və mükafatlandırma sistemi; Peşəkar və dinamik iş mühiti; Karyera və peşəkar inkişaf imkanları; Şirkətin inkişafında və idarəetmə proseslərində aktiv iştirak imkanı. Öhdəliklər Call Center şöbəsinin gündəlik fəaliyyətini təşkil etmək və idarə etmək; Daxil olan telefon zənglərinin, WhatsApp mesajlarının və sosial şəbəkələrdən gələn müştəri müraciətlərinin vaxtında cavablandırılmasını təmin etmək; Müştərilərə məhsullar, qiymətlər, kampaniyalar, kredit şərtləri və mağazaların ünvanları barədə düzgün məlumat verilməsinə nəzarət etmək; Müştərilərin məhsul seçimində istiqamətləndirilməsini və satışa yönləndirilməsini təşkil etmək; Telefon və onlayn müraciətlərin satışa çevrilməsi üçün effektiv satış skriptləri hazırlamaq və tətbiq etmək; Müştərilərin müraciətlərini aidiyyəti mağazalara və şöbələrə düzgün yönləndirmək; Mağazalarda məhsulun mövcudluğu, sifarişlərin vəziyyəti və çatdırılma prosesi ilə bağlı müştərilərə operativ məlumat verilməsini təmin etmək; Müştəri şikayətlərini araşdırmaq, həll prosesini izləmək və təkrar problemlərin qarşısının alınması üçün tədbirlər görmək; Müştəri bazasının yaradılması və yenilənməsi sistemində düzgün qeydiyyatının aparılmasına nəzarət etmək; Potensial müştərilərlə təkrar əlaqə saxlanılması və satış imkanlarının artırılması üçün zəng kampaniyaları təşkil etmək; Əvvəlki müştərilərlə əlaqələrin qorunması və təkrar satışların artırılması istiqamətində iş aparmaq; Reklam və marketinq kampaniyalarından daxil olan müraciətlərin effektiv idarə edilməsini təmin etmək; Operatorların danışıq keyfiyyətini yoxlamaq, telefon danışıqlarını dinləmək və qiymətləndirmək; Operatorlar üçün təlimlər keçirmək, satış və ünsiyyət bacarıqlarının inkişafını təmin etmək; Zənglərin sayı, cavablandırılma müddəti, itirilmiş zənglər, satışa çevrilmə və müştəri məmnuniyyəti üzrə hesabatlar hazırlamaq; Çağrı Mərkəzinin (Call Center) fəaliyyətinin effektivliyini artırmaq üçün rəhbərliyə təkliflər vermək. Tələblər Çağrı Mərkəzi və ya müştəri xidmətləri sahəsində minimum 1-3 il iş təcrübəsi; Çağrı Mərkəzi komandasının idarə edilməsi üzrə təcrübəyə üstünlük verilir; Pərakəndə satış və aktiv telefon satışları sahəsində təcrübə arzuolunandır; Telefonla satış və müştəri ilə effektiv ünsiyyət bacarığı; Müştəri şikayətlərinin idarə edilməsi və problemlərin həlli bacarığı; Azərbaycan dilində səlis danışıq. Müştəri müraciətlərinin satışa çevrilmə faizi; Telefon və onlayn kanallar üzrə əldə edilən satış həcmi; Müştəri məmnuniyyəti göstəricisi; İlk müraciətdə problemin həlli faizi; Müştəri müraciətlərinə cavabvermə sürəti; Operatorların fərdi və komanda üzrə performansı; Təkrar satış və potensial müştərilərin geri qaytarılması göstəriciləri. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Çağrı Mərkəzi Operatoru

NooshCard MMC

500

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Satış, Pərakəndə və Müştəri Xidmətləri
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Çağrı mərkəzi üzrə operator

Omnitech

600

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Satış, Pərakəndə və Müştəri Xidmətləri
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.