Vakansiya haqqında
Təsvir
Şirkətin fəaliyyətinə dair siyasət, qayda, təlimat və biznes proses xəritələrinin
hazırlanmasında iştirak etmək və ya müvafiq struktur bölmələr tərəfindən hazırlanmasını təşkil
etmək;
Biznes prosesləri monitorinq etmək, mövcud çatışmazlıqları
müəyyənləşdirmək və onların aradan qaldırılması, proseslərin təkmilləşdirilməsi istiqamətində təkliflər
hazırlamaq;
Biznes proseslərin təsdiq edilmiş qayda və prosedurlara uyğun
icrasına nəzarət etmək və mütəmadi yoxlamalar aparmaq;
Risk reyestrini
hazırlamaq, yeni aşkarlanan riskləri qeydiyyata almaq, qiymətləndirmək və reyestri mütəmadi
yeniləmək;
Risk Komitəsi və yuxarı rəhbərlik üçün Əsas Risk Göstəriciləri
(KRI) üzrə dövri hesabatlar hazırlamaq və təqdim etmək;
Şirkətin
müştərilərinin kredit limitlərinin artırılması ilə bağlı müraciətlərini ətraflı təhlil etmək və vaxtında
cavablandırmaq.
Tələblər
Risklərin idarə edilməsi, maliyyə, audit və ya əlaqəli sahələr üzrə ali
təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilini sərbəst bilmək, ingilis və rus dillərini bilmək
arzuolunandır;
MS Excel, Word, Visio və PowerPoint proqramları üzrə
yüksək səviyyədə bilik;
Mikro və 1C ERP sistemləri üzrə bilik
arzuolunandır.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
