Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq
standartlara (MHBS) uyğun təşkili və aparılması;
Vergi, statistika, DSMF
və digər dövlət orqanlarına təqdim olunan hesabatların vaxtında və düzgün hazırlanması;
Gündəlik maliyyə və mühasibat əməliyyatlarının (bank, kassa, e-qaimə, gömrük bəyannamələri və
s.) 1C proqram təminatında əks etdirilməsi;
İdxal əməliyyatlarının
(avtomobil və ehtiyat hissələrinin idxalı), maya dəyərinin hesablanması və anbar uçotuna
nəzarət;
Əməkhaqqı, məzuniyyət və ezamiyyət hesablamalarının düzgünlüyünə
nəzarət;
Debitor və kreditor borcların uçotunun aparılması və üzləşmə
aktlarının tərtib edilməsi;
Rəhbərlik üçün aylıq, rüblük və illik maliyyə
hesabatlarının (mənfəət-zərər, balans, pul vəsaitlərinin hərəkəti) hazırlanması.
Tələblər:
Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil;
Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi (avtomobil satışı,
idxal-ixrac və ya ticarət sahəsində təcrübə üstünlükdür);
Azərbaycan
Respublikasının Vergi və Əmək Məcəllələrini mükəmməl bilmək;
1C (8.3
versiyası), BTP, e-taxes.gov.az, e-gov.az və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək
bacarığı;
PMS (Peşəkar Mühasib Sertifikatı) olması
üstünlükdür;
Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və komandanı
idarəetmə bacarığı.
İş şəraiti:
İş yeri: Baş ofis – Onvolt MMC, Ceyhun Hacıbəyli
194
İş qrafiki: 5/7 (saat 10:00–19:00), 6-cı gün qısa iş
günü.
Əməkhaqqı: 1500 – 2000 AZN (namizədin bilik və
təcrübəsinə əsasən müəyyən ediləcək).
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Baş
mühasib" qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
