Vakansiya haqqında
Villa Bilgah boutique Hotel-in yüksək xidmət standartlarını qorumaq,
komandaya liderlik etmək və maliyyə göstəricilərini maksimallaşdırmaq məqsədilə təcrübəli və strateji düşüncəli Baş
Menecer (General Manager) axtarışındadır. Bu vəzifəni icra edən şəxs otelin gündəlik əməliyyatlarına, qonaq
məmnuniyyətinə, büdcə idarəçiliyinə və brendin bazarda mövqeləndirilməsinə tam cavabdeh olacaqdır.
Əsas vəzifə öhdəlikləri:
Otelin illik büdcəsini, biznes planını və gəlir strategiyasını hazırlamaq, icrasına
nəzarət etmək;
Bütün şöbələrin (Front Office, Housekeeping, F&B,
Satış və Marketinq, Texniki xidmət, Maliyyə və HR) işini əlaqələndirmək və fasiləsiz, yüksək keyfiyyətli
fəaliyyətini təmin etmək;
Beynəlxalq qonaqpərvərlik standartlarının
tətbiqinə nəzarət etmək, qonaq rəylərini (Booking, TripAdvisor və s.) mütəmadi təhlil etmək və xidmət keyfiyyətini
davamlı təkmilləşdirmək;
Turizm agentlikləri, korporativ müştərilər və
tərəfdaşlarla uzunmüddətli əlaqələr qurmaq, otelin yerli və beynəlxalq bazarda tanıdılmasına rəhbərlik
etmək;
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar-gigiyena
normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət olunmasını təmin
etmək.
Namizədə dair tələblər:
Təhsil: Turizm və otelçilik, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali
təhsil;
İş təcrübəsi: Otelçilik sahəsində minimum 3 il iş təcrübəsi,
bunun ən azı 1 ili Baş Menecer (GM) və ya Əməliyyatlar üzrə Direktor (Director of Operations)
vəzifəsində;
Dil bilikləri: Azərbaycan, Rus dilləri səlis, İngilis dili
arzuolunandır;
Şəxsi keyfiyyətlər: Güclü liderlik və böhran idarəetmə
bacarığı, strateji düşüncə, yüksək ünsiyyət və danışıqlar aparma qabiliyyəti, nəticəyönümlülük.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "General Manager" qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
