Vakansiya haqqında
PAŞA Sığorta ASC namizədləri Baş Lean Biznes
Analitik vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Baş Lean Biznes Analitik şirkətin strateji məqsədlərinə uyğun olaraq biznes proseslərinin
dəyər axını (value stream) əsasında təhlilini aparır, israfı (waste) müəyyənləşdirir və proseslərin ölçülə bilən
şəkildə təkmilləşdirilməsini təmin edir. Bu rolun əsas məqsədi biznes məqsədlərini Lean prinsipləri, məlumat əsaslı
yanaşma və uyğun texnoloji həllərlə əlaqələndirərək operativ səmərəliliyi, keyfiyyəti və müştəri dəyərini
artırmaqdır.
Öhdəliklər
Lean metodologiyasının tətbiqinə və yayılmasına dəstək vermək, standartlara uyğun
icranı təmin etmək;
Value Stream Mapping (VSM) vasitəsilə əsas proses və
dəyər axınlarını təhlil etmək, israf nöqtələrini müəyyənləşdirmək;
Lean
alətləri (Kaizen, 5S, Visual Management) əsasında proseslərin sadələşdirilməsi və optimallaşdırılması
təşəbbüslərində iştirak etmək;
“Continuous Improvement” təşəbbüslərinin
icrasında iştirak etmək və bu yanaşmanın tətbiqinə dəstək olmaq;
Əməliyyat səmərəliliyinin artırılması üçün Lead Time, Cycle Time və Flow Efficiency
göstəricilərini izləmək və təhlil etmək;
Müştəri məmnuniyyətini artırmaq
məqsədilə "Voice of Customer" (VoC) məlumatlarının proseslərə inteqrasiyasına dəstək vermək;
Scrum Agile Office ilə birlikdə Lean və Agile praktikalarını uyğunlaşdırmaq və vahid yanaşma
formalaşdırmaq;
Transformasiya proqramları çərçivəsində Lean
komponentlərinin hazırlanması və tətbiqində iştirak etmək;
İcra olunan
Lean təşəbbüsləri üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Biznes vahidləri, Squad-lar və digər maraqlı tərəflərlə effektiv əməkdaşlığı təmin
etmək;
Lean metodologiyası üzrə bilikləri paylaşmaq, daxili təlim və
workshop-lar keçirmək.
Bilik və Bacarıqlar
Proqram təminatının inkişafının həyat dövrü metodologiyaları (Agile, Scrum, SAFe,
Kanban) üzrə biliklər;
SQL ilə sorğular yazmaq və verilənlər bazası ilə
işləmək bacarığı;
JIRA, Confluence, Microsoft Office (xüsusilə dərin
Excel bilikləri) kimi alətlərlə sərbəst işləmək bacarığı;
Power BI və ya
Tableau kimi BI alətləri ilə iş təcrübəsi;
BPMN alətləri (məsələn,
Bizagi, Camunda, Draw.io) ilə işləmə bacarığı;
API-lər və Postman/Swagger
kimi alətlərlə işləmə bacarığı;
Python və ya JavaScript proqramlaşdırma
dilləri üzrə orta səviyyəli biliklərin olması arzuolunandır;
Güclü
analitik düşüncə, problem həll etmə və strateji qərar qəbul etmə bacarıqları;
Biznes və texniki komandalar arasında effektiv kommunikasiya qurmaq və tələbləri idarə etmək
bacarığı;
Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
Biznesin İdarə Edilməsi, İnformasiya Texnologiyaları, Maliyyə və ya müvafiq sahə
üzrə ali təhsil (bakalavr dərəcəsi);
Biznes və ya məhsul analitikası
sahəsində 2-4 il iş təcrübəsi;
Müvafiq sahə üzrə peşəkar sertifikatların
olması üstünlükdür.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin
uğuruna töhfə vermək imkanı.
Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma
imkanı.
Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam
etdirmək üçün geniş imkanlar.
Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza
investisiya qoyulan iş mühiti.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə
saxlanılacaqdır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
