Vakansiya haqqında
PAŞA Sığorta ASC namizədləri Baş Lean Biznes Analitik vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Baş Lean Biznes Analitik şirkətin strateji məqsədlərinə uyğun olaraq biznes proseslərinin dəyər axını (value stream) əsasında təhlilini aparır, israfı (waste) müəyyənləşdirir və proseslərin ölçülə bilən şəkildə təkmilləşdirilməsini təmin edir. Bu rolun əsas məqsədi biznes məqsədlərini Lean prinsipləri, məlumat əsaslı yanaşma və uyğun texnoloji həllərlə əlaqələndirərək operativ səmərəliliyi, keyfiyyəti və müştəri dəyərini artırmaqdır.
Öhdəliklər
Lean metodologiyasının tətbiqinə və yayılmasına dəstək vermək, standartlara uyğun icranı təmin etmək;
Value Stream Mapping (VSM) vasitəsilə əsas proses və dəyər axınlarını təhlil etmək, israf nöqtələrini müəyyənləşdirmək;
Lean alətləri (Kaizen, 5S, Visual Management) əsasında proseslərin sadələşdirilməsi və optimallaşdırılması təşəbbüslərində iştirak etmək;
“Continuous Improvement” təşəbbüslərinin icrasında iştirak etmək və bu yanaşmanın tətbiqinə dəstək olmaq;
Əməliyyat səmərəliliyinin artırılması üçün Lead Time, Cycle Time və Flow Efficiency göstəricilərini izləmək və təhlil etmək;
Müştəri məmnuniyyətini artırmaq məqsədilə "Voice of Customer" (VoC) məlumatlarının proseslərə inteqrasiyasına dəstək vermək;
Scrum Agile Office ilə birlikdə Lean və Agile praktikalarını uyğunlaşdırmaq və vahid yanaşma formalaşdırmaq;
Transformasiya proqramları çərçivəsində Lean komponentlərinin hazırlanması və tətbiqində iştirak etmək;
İcra olunan Lean təşəbbüsləri üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Biznes vahidləri, Squad-lar və digər maraqlı tərəflərlə effektiv əməkdaşlığı təmin etmək;
Lean metodologiyası üzrə bilikləri paylaşmaq, daxili təlim və workshop-lar keçirmək.
Bilik və Bacarıqlar
Proqram təminatının inkişafının həyat dövrü metodologiyaları (Agile, Scrum, SAFe, Kanban) üzrə biliklər;
SQL ilə sorğular yazmaq və verilənlər bazası ilə işləmək bacarığı;
JIRA, Confluence, Microsoft Office (xüsusilə dərin Excel bilikləri) kimi alətlərlə sərbəst işləmək bacarığı;
Power BI və ya Tableau kimi BI alətləri ilə iş təcrübəsi;
BPMN alətləri (məsələn, Bizagi, Camunda, Draw.io) ilə işləmə bacarığı;
API-lər və Postman/Swagger kimi alətlərlə işləmə bacarığı;
Python və ya JavaScript proqramlaşdırma dilləri üzrə orta səviyyəli biliklərin olması arzuolunandır;
Güclü analitik düşüncə, problem həll etmə və strateji qərar qəbul etmə bacarıqları;
Biznes və texniki komandalar arasında effektiv kommunikasiya qurmaq və tələbləri idarə etmək bacarığı;
Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
Biznesin İdarə Edilməsi, İnformasiya Texnologiyaları, Maliyyə və ya müvafiq sahə üzrə ali təhsil (bakalavr dərəcəsi);
Biznes və ya məhsul analitikası sahəsində 2-4 il iş təcrübəsi;
Müvafiq sahə üzrə peşəkar sertifikatların olması üstünlükdür.
Biz Sizə Təklif Edirik
Dəyər yaradan işlər
Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
Birlikdə güclənən komanda
Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
Davamlı inkişaf imkanları
Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
Etimada əsaslanan iş mühiti
Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
