Vakansiya haqqında
Şəki şəhərində Baş Kredit Mütəxəssisi vakansiyası!
Satış bacarıqlarınıza güvənirsiniz? Müştərilərlə işləmək və nəticə əldə etmək sizin güclü
tərəfinizdir? O zaman komandamıza qoşulun!
Şirkətimizin Şəki şəhərində yerləşən filialı üçün aktiv satış, müştəri əlaqələrinin idarə
edilməsi və kreditləşmə sahəsində təcrübəli, təşəbbüskar və nəticəyönümlü Baş Kredit Mütəxəssisi
axtarırıq.
Vəzifə öhdəlikləri:
Aktiv satış fəaliyyətinin həyata keçirilməsi, yeni müştərilərin cəlb edilməsi və
müştəri bazasının genişləndirilməsi;
Kredit portfelinin keyfiyyətinə
nəzarət və müştərilərlə davamlı əlaqələrin qurulması;
Müştəri
müraciətlərinin qəbulu, maliyyə imkanlarının təhlili və kreditlərin rəsmiləşdirilməsi;
Yeni kredit məhsulları və effektiv satış metodları üzrə təkliflərin
hazırlanması;
Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayət və
müraciətlərin operativ araşdırılması;
Kreditləşmə prosesinə aid
sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət.
Namizədə dair tələblər:
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Ali və ya natamam ali təhsil;
Güclü ünsiyyət və
təqdimetmə bacarığı;
Yüksək satış qabiliyyəti və müştəriyönümlü
yanaşma;
Fərdi və komanda şəklində işləmək bacarığı;
Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək
bacarığı;
Bank, bank olmayan kredit təşkilatları və xüsusilə lombard
sahəsində iş təcrübəsi üstünlükdür.
Sizi nə gözləyir?
Rəqabətqabiliyyətli gəlir və nəticəyə əsaslanan bonus sistemi!
Başlanğıc kateqoriya: 400 AZN sabit əməkhaqqı + 800 AZN bonus = 1
200 AZN-dək aylıq gəlir.
Yuxarı kateqoriya: 600 AZN
sabit əməkhaqqı + 1 200 AZN bonus = 1 800 AZN-dək aylıq gəlir.
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00.
İş yeri: Şəki şəhəri.
Bu fürsəti dəyərləndirmək və komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi mövzu
hissəsində “Baş Kredit Mütəxəssisi – Şəki” qeyd etməkləMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
