Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Qmeter MMC

Aparıcı mühasib

800 – 1000 AZN

BakıMənbə: Boss.az

Vakansiya haqqında

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; 5 günlük iş rejimi (bazar ertəsi – cümə); Şirkətin mühasibat və vergi uçotunun tam və müstəqil şəkildə aparılması; Vergi bəyannamələrinin, DSMF, statistika və digər müvafiq hesabatların hazırlanması və vaxtında təqdim edilməsi; Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan qaimələrin uçotunun aparılması; Bank əməliyyatlarının həyata keçirilməsi və ödəniş tapşırıqlarının hazırlanması; Debitor və kreditor borclarına nəzarət edilməsi; Əməkhaqqı, məzuniyyət və son haqq-hesabların hesablanması; Müqavilələrin, hesab-fakturaların və digər ilkin maliyyə sənədlərinin uçotunun aparılması; Vergi orqanlarından daxil olan məktubların, sorğuların və kameral uyğunsuzluqların araşdırılması və cavablandırılması; Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi; Rəhbərliyə müvafiq maliyyə məlumatlarının və hesabatların təqdim edilməsi. Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil; Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi ; Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər; Vergi bəyannamələrini və digər məcburi hesabatları müstəqil hazırlamaq və təqdim etmək təcrübəsi; Elektron vergi sistemləri, e-qaimə və internet bankçılıq platformaları ilə sərbəst işləmək bacarığı; MS office və 1C proqramında yaxşı səviyyədə işləmək bacarığı; Müəssisənin mühasibat uçotunu müstəqil idarə etmək bacarığı; Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə qabiliyyəti.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar