Vakansiya haqqında
CONCEPT Group restoran və catering sahəsində həyata keçirilən layihələrin genişlənməsi ilə bağlı mühasibatlıq şöbəsini gücləndirir.
Biz yalnız gündəlik uçot əməliyyatlarını icra edəcək əməkdaş axtarmırıq. Biz mühasibat uçotunun əsas sahələrinə bələd olan, rəqəmlərin arxasındakı maliyyə məntiqini anlayan, problemləri özü müəyyən edib həll variantları təklif edən, məsuliyyətdən çəkinməyən güclü mütəxəssis axtarırıq.
Seçiləcək namizəd şirkətin mühasibatlıq proseslərinin inkişafında aktiv iştirak edəcək və gələcəkdə Baş mühasib vəzifəsini tam şəkildə icra etməyə hazırlanacaq.
Əsas vəzifələr
Mühasibat uçotunun bütün əsas istiqamətlərinin düzgün və tam aparılmasını təmin etmək;
Kassa, bank, satış, alış, debitor və kreditor əməliyyatlarını idarə etmək və nəzarətdə saxlamaq;
Təchizatçılar və digər qarşı tərəflərlə hesablaşmaları və üzləşdirmələri həyata keçirmək;
Anbar və mal-material uçotunun mühasibat məlumatları ilə uyğunluğunu təmin etmək;
Restoran və catering fəaliyyətinə aid satış, alış, anbar, istehsal və digər əməliyyatların uçotunu koordinasiya etmək;
Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin düzgün hesablanmasına nəzarət etmək;
Vergi, DSMF və digər məcburi hesabatların hazırlanmasını və vaxtında təqdim olunmasını təmin etmək;
Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək;
Mühasibat sənədlərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
Debitor və kreditor borcların vəziyyətini təhlil etmək;
Maliyyə göstəricilərini rəhbərliyə düzgün və vaxtında təqdim etmək;
Mühasibatlıq proseslərindəki səhvləri və maliyyə risklərini əvvəlcədən müəyyən etmək;
Mövcud proseslərin təkmilləşdirilməsi və daha səmərəli uçot sisteminin qurulması üçün təkliflər vermək, süni intellektin bu sahədə tətbiqinə maraq göstərmək;
Mühasibatlıq komandasının fəaliyyətinin koordinasiyasında iştirak etmək;
Şirkətin böyüməsi ilə paralel olaraq mühasibatlıq strukturunun inkişafına töhfə vermək.
Namizədə tələblər
Aparıcı mühasib kimi minimum 3 il iş təcrübəsi;
Rəsmi mühasibatlıq sahəsində 5-7 il peşəkar təcrübə;
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Vergi və əmək qanunvericiliyi üzrə bilik;
IIKO proqramında işləmək bacarığı arzuolunandır;
MS Excel üzrə yaxşı bilik;
Mühasibat uçotunun bütün əsas sahələrini müstəqil şəkildə idarə edə bilmək bacarığı;
Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə təcrübə;
Analitik düşüncə və yüksək məsuliyyət hissi;
Rəqəmlərlə dəqiq və sistemli işləmək bacarığı;
Qərar qəbul etmək və məsuliyyət daşımaq qabiliyyəti;
Baş mühasib vəzifəsinə keçid üçün peşəkar potensiala malik olmaq.
İş şəraiti
İş yeri: Bakı, 8 Noyabr pr. 23
İş rejimi: Tam iş günü
Əmək haqqı: Namizədin təcrübə və peşəkar səviyyəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Müraciət etmək üçün mövzu hissəsində “Aparıcı Mühasib” qeyd edərək CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
