Vakansiya haqqında
Şöbə/Bölmə: Anbar təsərrüfatının idarə olunması
Hesabat verdiyi şəxs: Anbardar / Baş anbardar
Tələblər
Orta təhsil
Anbar sahəsində iş təcrübəsi arzu olunandır
Fiziki iş yükünə davamlılıq və diqqətlilik
İş şəraiti
Ofis: Dərnəgül, Ziya Bünyadov pr. 2071
İş qrafiki: 5 günlük rəsmi iş qrafiki
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı: 600 AZN
Vəzifə öhdəlikləri
Malların rəflər üzrə səliqəli şəkildə yerləşdirilməsində iştirak etmək
Şöbələrə malların vaxtında çatdırılmasına dəstək vermək
Anbara daxil olan malların qəbulunda anbardara kömək etmək
Satışa göndərilən malların anbardan maşınlara yüklənməsində iştirak etmək
Anbarın təmiz saxlanmasına və malların səliqəli düzülməsinə nəzarət etmək
Malların sayını və vəziyyətini yoxlayaraq uyğunsuzluq olduqda anbardara məlumat vermək
Anbar avadanlıqlarından düzgün istifadə qaydalarına əməl etmək və nasazlıq barədə xəbər vermək
Təhlükəsizlik və sanitariya qaydalarına riayət etmək
CV-lərinizi “Anbardar köməkçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
