Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Gen Pharma Caucasus Manufacturing Operations →

Anbar üzrə mütəxəssis

Maaş göstərilməyib

BakıMənbə: Boss.az

Vakansiya haqqında

“Anbar üzrə mütəxəssis” vakansiyası üzrə(yalnız yerli namizədlərin müraciətləri nəzərdən keçiriləcək) CV-nizi göndərərkən mövzu hissəsində vakansiyanın adını qeyd etməyiniz xahiş olunur. CV-lərinizi aşağıdakı elektron poçt ünvanına göndərəbilərsiniz: info@gencaucasus.az Anbar əməliyyatlarının GMP tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, eləcə də keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin etmək; Müəyyən edilmiş prosedurlara uyğun olaraq malların qəbulu, məhsulların anbara daxil edilməsi və anbardan çıxarılması əməliyyatlarını, anbarın təşkili, ehtiyatların izlənilməsi və dövri inventar sayımlarını idarə etmək; SAP sistemi üzərindən anbar əməliyyatları ilə bağlı tranzaksiyaları həyata keçirmək və onlara nəzarət etmək; İstehsalatın fasiləsiz material təminatını təmin etmək məqsədilə İstehsalatın Planlaşdırılması, Satınalma və Logistika komandaları ilə sıx əməkdaşlıq etmək; Şöbəyə aid sənədləşmə proseslərini idarə etmək və müvafiq sənədlərin düzgün aparılmasını təmin etmək; Sistemin tətbiqi, inkişafı və davamlı təkmilləşdirilməsi layihələrində iştirak etmək; Tapşırıqların bölüşdürülməsi və əməliyyatlara nəzarət daxil olmaqla, gündəlik anbar fəaliyyətini planlaşdırmaq və koordinasiya etmək; Məhsulların göndəriş üçün dəqiq, tam və vaxtında hazırlanmasını təmin etmək; Dinamik iş mühitinə səmərəli uyğunlaşmaq, analitik düşüncə, problemləri həll etmək bacarığı və nəticəyönümlü yanaşma nümayiş etdirmək; Proseslərin təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və sistemin inkişafı ilə bağlı təşəbbüslərdə iştirak etmək. Müvafiq sahə üzrə bakalavr dərəcəsi (məsələn, Sənaye mühəndisliyi, Kimya mühəndisliyi və ya əlaqəli ixtisaslar); Anbar və logistika əməliyyatları sahəsində minimum 3 il iş təcrübəsi; Əczaçılıq, qida, kosmetika və ya kimya sənayesi kimi istehsalat sahələrində iş təcrübəsinə üstünlük verilir; Anbar idarəçiliyi, ehtiyatlara nəzarət, yüklərin göndərilməsi və logistika əməliyyatları üzrə praktiki təcrübə, həmçinin istehsalat və anbar proseslərinin koordinasiyasında aktiv iştirak; MS Office proqramlarından sərbəst istifadə bacarığı və ERP sistemləri ilə iş təcrübəsi (SAP biliklərinə üstünlük verilir); İngilis dilini yaxşı səviyyədə bilmək; Funksiyalararası layihələrdə və komanda mühitində iş təcrübəsi; Dəyişikliklərə və davamlı təkmilləşməyə açıq olmaq, liderlik təşəbbüsü göstərmək bacarığı, sistemin qurulması və idarəetmə təcrübələrinə uyğunlaşmaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.