Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azərbaycan Dəmir Yolları QSC →

Yük xəzinədarı (Lənkəran rayonu, Liman şəhəri)

Razılaşma ilə

LənkəranMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Daşınmaya təqdim edilən yüklərin daşıma sənədlərinin yük göndərən tərəfindən doldurmasını yoxlamaq; Göndərməyə qəbul olunan yükləri rəsmiləşdirmək; Stansiyaya qəbul olunan yüklərin verilməsini rəsmiləşdirmək; Daşıma ilə əlaqədar yüklərin müvafiq ödənişlərini hesablanmaq; Yükün daşıma haqqının hesabatı, bütün yığımların, ödəmələrin və cərimələrin tutulması, yüklərin ünvan dəyişməsini yerinə yetirmək; Yüklərin daşıma planının operativ yerinə yetirilmə qeydiyyatını aparmaq; Yükləmə, boşaltma, dalan yollarında hərəkət tərkibinin boş dayanması hesabatını tərtib etmək; Kassa kitabında müvafiq qeydlər aparmaq və kassa hesabatını tərtib etmək; Hesabat blanklarının saxlanılması təmin etmək və onların hesabatını aparmaq; ADY rəhbərliyi tərəfindən təsdiq edilmiş tarif qaydalara dəyişikliklərin və əlavələrin edilməsini izləmək; Yüklənən və boşalan vaqonların emal olunmasını “ADY” SMART proqramı üzərindən işləmək. Tələblər Ümumi təhsil; Dəmiryol Texniki istismar qaydaları üzrə biliklər; Qatarların hərəkəti və manevr işinə dair təlimat üzrə biliklər; Yük daşıma qaydaları üzrə biliklər; Diqqətlilik, məlumatların idarə edilməsi kimi səriştələrə sahib olmalı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.