Vakansiya haqqında
Ertagro MMC meyvə-tərəvəz sektorunda beynəlxalq satınalma və təchizat proseslərinin idarə
olunması istiqamətində komandamıza qoşulmaq üçün məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü namizədlər
axtarır.
Bu vakansiya beynəlxalq ticarət və xarici satınalma sahəsində peşəkar inkişaf etmək,
praktiki təcrübə qazanmaq və uzunmüddətli karyera qurmaq istəyən şəxslər üçün əlverişli fürsətdir
İş yeri: Bakı
Əmək haqqı: Razılaşma əsasında
Əsas vəzifə öhdəlikləri
Xarici təchizatçılarla işgüzar əlaqələrin qurulması və inkişaf
etdirilməsi
Beynəlxalq təchizatçılarla yazışmaların və danışıqların
aparılması
Qiymət təkliflərinin toplanması, təhlili və
müqayisəsi
Satınalma sifarişlərinin hazırlanması və icrasına
nəzarət
Logistika, idxal və çatdırılma proseslərinin
koordinasiyası
Beynəlxalq bazarların araşdırılması və yeni
təchizatçıların müəyyən edilməsi
Satınalma prosesləri üzrə müvafiq
hesabatların hazırlanması
Namizədə tələblər
İngilis dilini yüksək səviyyədə bilmək – mütləqdir
Rus dilini yüksək səviyyədə bilmək – mütləqdir
Yeni
universitet məzunlarına üstünlük verilir
Müvafiq sahədə əvvəlki iş
təcrübəsi tələb olunmur
Yüksək məsuliyyət hissi, diqqətlilik və
nəticəyönümlü yanaşma
Güclü ünsiyyət və danışıqlar aparmaq
bacarığı
Analitik düşünmə və operativ qərarvermə
qabiliyyəti
Təşəbbüskarlıq, çeviklik və komandada işləmək
bacarığı
Öyrənməyə, inkişaf etməyə və yeni biliklər əldə etməyə həvəsli
olmaq
İşgüzar ezamiyyətlərə hazır olmaq
Şirkətin təklif etdiyi imkanlar
Rəqabətqabiliyyətli əmək haqqı – namizədin bilik və bacarıqlarına uyğun olaraq
razılaşma əsasında
Xarici satınalma və beynəlxalq ticarət sahəsində
uzunmüddətli karyera qurmaq və peşəkar yüksəliş imkanları
Xarici ölkələrə
işgüzar ezamiyyətlər və beynəlxalq biznes mühitində təcrübə qazanmaq imkanı
Nahar xərclərinin şirkət tərəfindən tam qarşılanması
Korporativ mobil nömrə ilə təminat
Peşəkar və
dinamik iş mühiti
Praktiki biliklərin artırılması və peşəkar inkişaf üçün
əlverişli şərait
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər.
Ertagro MMC – beynəlxalq ticarət sahəsində peşəkar karyeranıza bizimlə
başlayın!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
