Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Xaricdə təhsil almaq istəyən tələbə və valideynlərə ilkin məlumatların verilməsi,
düzgün universitet və proqram seçiminə dəstək;
Daxil olan zənglərin,
sosial media və WhatsApp müraciətlərinin cavablandırılması və ofisə dəvət olunması;
Müraciət edən tələbələrin sənədlərinin qəbulu, yoxlanılması və
sistemləşdirilməsi;
Xarici universitetlərə müraciət (application)
prosesinin izlənilməsi və tələbələrlə mütəmadi əlaqənin saxlanılması;
Müqavilələrin hazırlanması və müştəri bazasının (CRM / Excel) gündəlik
yenilənməsi;
Rəhbərliyə görülən işlər və müraciətlərlə bağlı
gündəlik/həftəlik hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
Ali və ya natamam ali təhsil;
İngilis
dili biliyi (ilkin/orta səviyyədə – yazışmaları və sənədləri anlamaq üçün);
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
MS Office proqramları (xüsusilə Word və Excel) ilə işləmək bacarığı;
Yüksək ünsiyyət, inandırma və komanda ilə işləmək bacarığı;
Məsuliyyətli, punktual və detallara qarşı diqqətli olmaq.
Qeyd: Xaricdə təhsil və ya satış sahəsində təcrübəsi olanlara üstünlük
veriləcək
İş şəraiti və əməkhaqqı:
İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 17:00 (1 saat nahar fasiləsi
daxil);
İstirahət günləri: Şənbə və bazar;
Əməkhaqqı: 400 AZN (sabit) + hər qeydiyyatdan yüksək bonuslar.
Maraqlanan namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərlər.
Mövzu hissəsində "Xaricdə təhsil mütəxəssisi" qeyd olunması xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
