Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

“Zərif İş Gücü” layihəsi

BakıMənbə: Work.az

Vakansiya haqqında

İş tapmaqda çətinlik çəkən qadınlar üçün yeni dövlət layihəsinə start verilib.Layihə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Zərif iş gücü” layihəsidir.Layihəsinin əsas məqsədi əmək bazarından uzun müddət kənarda qalan və sosial cəhətdən həssas olan qadınların iqtisadi müstəqilliyini gücləndirmək, peşə bacarıqlarının inkişafını təmin etməklə onları müasir əmək bazarının tələblərinə cavab verən kadr kimi yetişdirmək və dayanıqlı məşğulluğa çıxış imkanlarını artırmaqdır.Layihənin əsas diqqət mərkəzində iqtisadi müstəqillik əldə etməkdə çətinlik çəkən və dəstəyə ehtiyacı olan qadın qrupları (şəhid ailəsi üzvləri, tək valideyn, sosial məzuniyyətdən qayıdan və iş tapmaqda çətinlik çəkən qadınlar və s.) dayanır.Layihəyə qoşulmaq istəyən namizədlər bir neçə mərhələdən keçəcəklər. Onlayn qeydiyyat mərhələsində layihəyə uyğun olduqları təsdiqlənən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Yekun seçim mərhələsində uğurlu olan namizədlər peşə təlimlərinə cəlb olunacaqlar, həmçinin karyera məsləhəti xidmətlərindən faydalanacaqlar.Qeydiyyatdan keçmək üçün link: https://survey.sosial.gov.az/zerifisgucuSon qeydiyyat tarixi 15 apreldir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.