Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Yol və tunel qurğuları üzrə təcrübə proqramı

BakıMənbə: Work.az

Vakansiya haqqında

“Bakı Metropoliteni” QSC “Metro Engineer” layihəsi çərçivəsində "Yol və tunel qurğuları" istiqaməti üzrə 6aylıq ödənişli təcrübə proqramı elan edir!"Metro Engineer" proqramı real texniki mühitdə mühəndislik biliklərini inkişaf etdirmək,yol və tunel qurğularının texniki tələblərə, təhlükəsizlik normalarına və istismar standartlarına uyğun etibarlı işlənməsinin, qatarların hərəkət təhlükəsizliyinin və infrastrukturun daimi hazırlıq vəziyyətinin təmin edilməsi proseslərini yaxından öyrənmək və gələcəkdə metropolitendə davamlı mühəndis karyerası qurmaq istəyən gənclər üçün nəzərdə tutulub.Proqram sizə nə qazandıracaq?6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlimPeşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyiTəcrübə dövründə aylıq əməkhaqqıTəcrübənin sonunda davamlı işə qəbul imkanıNəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafıMetropoliten sizə nə vəd edir?Metropolitendən ödənişsiz istifadə;Nahar (güzəştli);Ekspertlərlə “networking” və praktiki biliklər;Karyera imkanları;Rəsmi əmək müqaviləsi bağlanması və minimum əmək haqqının ödənilməsi;Metro Engineer proqramı çərçivəsində əldə edilən təcrübələr:Eskalator, tunel qurğuları, yol və rabitə sistemləri ilə tanışlıqTəhlükəsizlik, texniki intizam və mühəndis qərarvermə bacarıqlarıÖhdəliklər-Tunel qurğuları və yol xidməti üzrə avadanlıqların cari texniki vəziyyətini qiymətləndirmək, nasazlıqların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq.-Qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsinə dair tədbirlər planını, rüblük arayışları və illik hesabatları tərtib etmək.-Tunellərdə mövcud axıntılar və süni qurğuların bal ilə qiymətləndirilməsinə dair aylıq arayışları hazırlamaq.-Yeni avadanlıqların sınaq mərhələsində iştirak etmək, yeni texnologiya və metodların tətbiqinə dair təkliflər hazırlamaq.-İllik komissiya yoxlamalarında iştirak etmək, aşkarlanan nöqsanların aradan qaldırılmasına nəzarət etmək.TələblərBiz kimləri axtarırıq?Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləriMinimum GPA: 80/100;İngilis dili biliyinin olması arzuolunandır;Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna sahib biri olmalıdır.Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)Microsoft OfficeTəhsil tələbi: Ali təhsil müəssisələrinin aşağıdakı və ya əlaqəli mühəndislik ixtisasları üzrə bitirən məzunlar:Nəqliyyat mühəndisliyi;Dəmir yolu nəqliyyatı mühəndisliyi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.