Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Yerli Satınalmalar üzrə menecer

BakıMənbə: Work.az

Vakansiya haqqında

Şöbə: Təchizat və logistika Ünvan: Neftçilər prospekti 153, PBT Əsas vəzifə və funksiyalarSatınalma PlanlaşdırılmasıMərkəzi satınalma strategiyasına uyğun olaraq məhsul kateqoriyalarını qruplaşdırır və səmərəliliyin artırılması məqsədilə qruplaşdırılmış alışları (sorğuları, tenderləri) təşkil edir;Satınalma planlarını və çatdırılma qrafiklərini hazırlayır;Mərkəzi satınalma strategiyasına uyğun olaraq məhsul kateqoriyalarını qruplaşdırır;Təkrarlanan məhsullar üzrə çərçivə müqavilələrinin tətbiqini təmin edir.Qiymət Sorğusu və Təchizatçı SeçimiYerli bazarda mövcud təchizatçılardan qiymət təklifləri (RFQ) toplayır və müqayisə cədvəli (TQF) tərtib edir;Satınalma prosedurlarına uyğun olaraq seçim aparır;Qiymət, keyfiyyət və çatdırılma müddətinə əsasən ən sərfəli təchizatçını müəyyənləşdirir;Tələb olunan hallarda nümunə sifarişlərini təşkil edir və keyfiyyət testlərinə nəzarət edir;Satınalma qərarını Qrup Satınalma Direktoru ilə razılaşdırır.Müqavilə və Sifarişlərin İdarə EdilməsiSatınalma sifarişlərini (PO) ERP sistemində tərtib edir və təsdiq etdirir;Müqavilə şərtlərinin icrasına nəzarət edir (çatdırılma, keyfiyyət, miqdar və s.);Gecikmə və uyğunsuzluq hallarında təchizatçılarla tədbirlər planı hazırlayır;Satınalmalar üzrə daxili sənədləşmə və audit izlərini qoruyur.Təchizatçı İdarəetməsiMüəssisələrdən təsdiq üçün göndərilmiş satınalmaları analiz edir və Təchizat və Logistika direktoruna statusları barədə məlumat verir;Yerli təchizatçı bazasını formalaşdırır və “Təsdiqlənmiş Təchizatçılar Siyahısı” bazasının yenilənməsini təmin edir;Təchizatçıların keyfiyyət, etibarlılıq və xidmət səviyyəsini qiymətləndirir;Yeni təchizatçıların seçilməsi və qeydiyyatı zamanı Təchizatçılar Fəaliyyətlərinin Qiymətləndirilməsi Formasını tətbiq edir;Təchizatçılarla mütəmadi danışıqlar aparır və qiymət stabilliyini təmin edir.Büdcə və HesabatlıqSatınalmalar üzrə plan-fakt analizləri aparır, qənaət göstəricilərini hesablamaq üçün məlumat bazası yaradır;Tələb olunan hesabatları Qrup Təchizat və Logistika direktoruna təqdim edir;Satınalma əməliyyatlarının büdcə çərçivəsində icrasına cavabdehdir.Əlaqələndirmə və Daxili KommunikasiyaHotellərin satınalma və anbar komandaları ilə sıx əməkdaşlıq edir;Baş Ofisə və hotellərə bazar qiymət trendləri, sezon dəyişiklikləri və təchizat riskləri barədə məlumat verir;İT şöbəsi ilə birlikdə satınalma sistemlərində (ERP) məlumatların düzgünlüyünə nəzarət edir;Audit və daxili yoxlamalar zamanı sənədləri təqdim edir.Məsuliyyət və SəlahiyyətlərSatınalma qərarlarını yalnız təsdiqlənmiş büdcə və səlahiyyət çərçivəsində verir;Təchizatçılarla etik prinsiplər və şəffaflıq qaydalarına əməl edir;Qrupdaxili müəssisələrə mütəmadi ezam olunmağa hazır olmalıdır;Təchizatçı məlumatlarının və kommersiya məlumatlarının məxfiliyinə cavabdehdir;Uyğunsuzluqlar aşkarlandıqda dərhal Qrup Satınalma Direktorunu məlumatlandırır.Bilik, Bacarıq və Təcrübə tələbləriTələblərTəhsil - Ali təhsil (İqtisadiyyat, Biznes İdarəçiliyi və ya Menecment sahəsində)Təcrübə - Minimum 5 il satınalma və ya təchizat sahəsində iş təcrübəsi; hhotel sektoru təcrübəsi üstünlükdürDil bilikləri - Azərbaycan dili (əla), İngilis dili (orta səviyyə), Rus dili (arzuolunandır)Kompüter bilikləri - MS Excel, Word, ERP (iScala və ya oxşar sistemlər)Şəxsi keyfiyyətlər - Analitik düşüncə, danışıqlar bacarığı, məsuliyyət, nəticəyönümlülük, vaxtın idarə edilməsi bacarığıMaraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.