Vakansiya haqqında
TəsvirBankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi;Banka daxil olan müştərilərin aidiyyatı üzrə yönləndirilməsi;Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması;Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi;Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması;Konvertasiya əməliyyatlarının həyata keçirilməsi;Müştərinin hesablaşma-kassa əməliyyatları haqqında məlumatlarının əməliyyat günü ərzində sistemə daxil edilməsi və müvafiq müxabirləşmələrin verilməsi;Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırırılması;Müştərilərin şəxsi hesablarından çıxarışların hazırlanması;İcrası bitmiş sənədlərin arxivə təhvil verilməsi üçün tələb olunan qaydada qovluqların formalaşdırılmasının təmin edilməsi və s.TələblərAli təhsil;Ünsiyyət qurmaq və satış bacarığı;Yaxşı riyazi biliklər;Komandada işləmək bacarığı. Biz Sizə nə təklif edirik Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;Müasir idarəetmə sistemi və mehriban kollektiv. Qeyd: Təcrübə proqramı 3ay müddətinə olacaq və ödənişsizdir. Müddəti uğurla başa vuran təcrübəçilərin işlə təmin olunma ehtimalı var.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
