Vakansiya haqqında
Şirkət: Kredit Evi ASCTələblər:Yaş həddi: 21-30 yaşCins: XANIM namizədlərə üstünlük verilirAli təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);Azərbaycan dili yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandıNağd pulla intensiv işləmə bacarığı;Microsoft Office proqramlarını bilmək;Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;İşdə dəqiqlik və detallara diqqətlilik.Müştərilərlə xoş ünsiyyət bacarığıVəzifə öhdəlikləri: Nağd pul və digər qiymətlilərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılmasıMüştərilərə xəzinə xidməti göstərilməsi.Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılmasıNağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdi) Müraciət Etdüyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Əhmədli filialı - Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
