Vakansiya haqqında
“Premium Bank” ASC “Xəzinədar” vakansiyasını elan edir.İşin təsviriMüştərilərlə mədaxil-məxaric əməliyyatlarının aparılması;Valyuta mübadilə əməliyyatlarının aparılması;Əməliyyatları icra edərkən real vaxt rejimində Bank proqramında əks etdirilməsi;Hazır plastik kartlarin qorunub saxlanması və müştərilərə təqdim edilməsi;Pulların sayılması formalaşdırılması və çeşidlənməsi;Qiymətli kağızların və digər qiymətlilərin,ştampların, plombların, bank sənədlərinin təhlükəsiz saxlanılması;Lazım gəldikdə xəzinə açarının və parolunun saxlanılması;Günün əvvəli və sonu xəzinə qalıqlarının uçot uzrə uyğunluğunun yoxlanılması;Günün sonu xəzinə kitabının yazılması və digər arayışların hazırlanması;Xəzinə limitlərinə nəzarət olunması və inkassasiya işinin təşkili;Bank sənədlərinin tamlığının qorunması , vaxtı çatdıqda arxivə təhvil verilməsi.Namizədə dair tələblərYüksək ünsiyyət bacarığı;Komandada işləmək bacarığı və təzyiqə davamlılıq;Nağd pul əməliyyatları və xəzinə uçotu üzrə biliklər;Ali təhsil və Bank sahəsində təcrübə;Azərbaycan dilində səlis danışmaq. Rus və ingilis dillərini bilmək üstünlük sayılır.Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Xəzinədar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
