Vakansiya haqqında
Vəzifə və öhdəliklər:Nağd pul vəsaitlərinin və qiymətli kağızların, onların muhafizəsi qaydalarına mutləq riayət edilməklə, qəbulu, verilməsi, ucotu və saxlanılması uzrə əməliyyatları həyata keçirir;Mədaxil və məxaric sənədləri əsasında xəzinə kitabını aparılmasını həyata keçirir, nağd pul vəsaitlərini və qiymətli kağızları kitabdakı qalıqlarla tutuşdurur;Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil, məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılmasını həyata keçirir;Kassaya toplanan pulun müvafiq bankdakı hesaba mədaxil edilməsini təmin etmək;Mərkəzi bankın təlimatlarına uyğun olaraq, istifadəyə yararsız maliyyə vəsaitlərini tanıyır və belə maliyyə vəsaitlərinin xəzinəyə daxil olmasının qarşısını almaq üçün tədbirlər görür;Müəssisədə nəğd ödənişlərlə bərabər nəğdsiz ödənişlərin icrasını həyata keçirir;Vergi aparatı və pos-terminallardan istifadə.Namizədə olan tələblər:Ali təhsil;Azərbaycan dili – ana dili, rus dili biliyi – arzuolunandır;Təcrübə minimum 1il;MS Office proqramlarından istifadə etmək bacarığı;Punktual, aktiv, çevik, ünsiyyətcil, diqqətcil və məsuliyyətli olmalı.Qeyd:İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;Əmək haqqı 500 azn;Şirkət daxili təlim və inkişaf imkanları.Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini emailin mövzu hissəsinə “Xəzinədar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
