Vakansiya haqqında
Xərclərə nəzarət üzrə Aparıcı AnalitikŞirkət: Araz Supermarket MMCVəzifə: Xərclərə nəzarət üzrə Aparıcı AnalitikVəzifə öhdəlikləriŞirkətin əməliyyat və inzibati xərclərinin mütəmadi monitorinqini həyata keçirmək;Faktiki xərcləri büdcə və plan göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları analiz etmək;Xərc artımlarının səbəblərini müəyyənləşdirmək və optimallaşdırma imkanlarını təhlil etmək;Filiallar, departamentlər və xərc mərkəzləri üzrə xərclərin analizini aparmaq;Aylıq, rüblük və illik xərc hesabatlarını hazırlamaq;Xərc dinamikası və trend analizləri aparmaq;Büdcələşdirmə və proqnozlaşdırma (forecast) proseslərinə analitik dəstək göstərmək;Xərclərin effektivliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq;Maliyyə, satınalma və digər aidiyyəti departamentlərlə koordinasiyalı işləmək;Rəhbərlik üçün analitik təqdimatlar və idarəetmə hesabatları hazırlamaq.Namizədə tələblərMaliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahədə ali təhsil;Analitika, maliyyə nəzarəti, büdcələşdirmə və ya xərc analizi sahəsində iş təcrübəsi;Pərakəndə ticarət (Retail/FMCG) sektorunda təcrübə üstünlükdür;Microsoft Excel proqramı üzrə yüksək səviyyədə bilik;Böyük həcmli məlumatlarla işləmək və analitik hesabatlar hazırlamaq bacarığı;Maliyyə göstəricilərini analiz etmək və nəticələri biznes dilində təqdim etmək bacarığı;Diqqətlilik, sistemlilik və güclü analitik düşüncə;SAP proqramı ilə iş təcrübəsi üstünlükdür;Power BI bilikləri üstünlükdür.Müraciət qaydasıVakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xərclərə nəzarət üzrə Aparıcı Analitik” qeyd etməklə Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
