Vakansiya haqqında
TəsvirBiz komandamıza telekommunikasiya şəbəkələrinin dayanıqlığını, performansını və inkişafını təmin edəcək təcrübəli Voice/IMS sistemləri üzrə Baş Mühəndis axtarırıq. Bu rol IMS və səs platformalarının idarə olunması, beynəlxalq səs marşrutlaşdırılması, şəbəkə optimallaşdırılması və kritik insidentlərin idarə olunması istiqamətində strateji və texniki məsuliyyət daşıyır. IMS platformalarının stabil və yüksək performansla işləməsinin təmin edilməsiŞəbəkə performans göstəricilərinin (CDR, ASR, ACD, PDD və s.) monitorinqi və təhliliSIP, SS7 və digər siqnallaşma problemlərinin analizi və aradan qaldırılmasıKritik insidentlərin idarə olunması və nasazlıqların operativ həlliSistem yenilənmələri və yeni texnologiyaların (VoIP, VoLTE və s.) inteqrasiyasında iştirakBeynəlxalq səs marşrutlaşdırılmasının optimallaşdırılması və trafik idarəetməsiFraud halların aşkarlanması və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsiŞəbəkə əməliyyatlarının avtomatlaşdırılması və monitorinq sistemlərinin inkişaf etdirilməsiVendor və beynəlxalq operatorlarla texniki koordinasiyanın təmin edilməsiJunior mühəndislərə texniki dəstək və mentorluq göstərilməsiTələblərTelekom və ya şəbəkə sahəsində minimum 5 il iş təcrübəsiIMS, Softswitch, SBC və media şlüzləri üzrə biliklərSIP, SS7, SIGTRAN və Diameter protokolları üzrə praktiki təcrübəBeynəlxalq səs marşrutlaşdırılması üzrə təcrübəTCP/IP, yönləndirmə, kommutasiya və QoS daxil olmaqla IP şəbəkələri üzrə güclü biliklərLinux/Unix sistemləri ilə işləmə bacarığıTrafik analizi və Wireshark kimi alətlərlə işləmə təcrübəsiNFV, SDN və Cloud Core daxil olmaqla virtualizasiya texnologiyaları üzrə baza biliklərPython, Bash və ya digər skript dilləri üzrə bilikAPI və monitorinq alətləri (Zabbix, Grafana və s.) ilə işləmə təcrübəsiAnalitik düşüncə, problem həll etmə və qərarvermə bacarığıKomanda ilə effektiv əməkdaşlıq və liderlik bacarığıİngilis və rus dillərində sərbəst texniki ünsiyyət bacarığıVoLTE, VoWiFi, GPON, MPLS, DWDM, BNG və BSS/OSS texnologiyaları üzrə təcrübə üstünlükdür
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
