Vakansiya haqqında
Qafqaz Təhsil Mərkəzi MMC komandamıza Viza Mütəxəssisi vəzifəsi üzrə təcrübəli, məsuliyyətli və peşəkar əməkdaş axtarır.Əsas iş istiqamətləri:Təhsil vizaları üzrə müştərilərə konsultasiya və sənədləşmə prosesinin aparılması;Turistik vizalar üzrə müraciətlərin hazırlanması və müştərilərin yönləndirilməsi;İş vizaları üzrə sənədlərin hazırlanması və müraciət prosesinin müşayiət olunması;Viza üçün tələb olunan sənədlərin yoxlanılması və sistemləşdirilməsi;Viza ərizə formalarının düzgün şəkildə doldurulması;Səfirlik, konsulluq və viza mərkəzlərinin tələblərinin izlənilməsi;Müştərilərlə operativ və peşəkar ünsiyyətin qurulması;Viza müraciətlərinin qəbulundan nəticənin əldə olunmasına qədər prosesin izlənilməsi;Viza qaydalarında və prosedurlarda baş verən yeniliklərin mütəmadi izlənilməsi.Namizədə tələblər:Viza sahəsində iş təcrübəsi mütləqdir;Təhsil, turistik və iş vizaları üzrə praktiki bilik və təcrübə;Sənədlərlə diqqətli və məsuliyyətli işləmək bacarığı;Müştərilərlə düzgün və peşəkar kommunikasiya qurmaq bacarığı;Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;İngilis və/və ya rus dili biliyi üstünlükdür;MS Office proqramlarında işləmə bacarığı;Operativ, diqqətli və məsuliyyətli olmaq;Komandada işləmək bacarığı.Üstünlük hesab olunur:Şengen, Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələrin viza prosedurları üzrə təcrübə;Müxtəlif kateqoriyalı viza müraciətlərinin hazırlanması üzrə praktiki təcrübə;Xaricdə təhsil sahəsində iş təcrübəsi;Satış və müştəri xidmətləri sahəsində təcrübə.Biz nə təklif edirik?Yüksək əmək haqqıYüksək bonus sistemiPeşəkar və dinamik iş mühiti;Karyera və peşəkar inkişaf imkanı;Peşəkar komanda ilə işləmək imkanı.İş yeri: Caspian Plaza-nın yanı, Nizami metrosuna yaxın əraziMüraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.CV göndərərkən mövzu hissəsində “Viza Mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
