Vakansiya haqqında
Azersun Holding-ə bağlı olan AL Market MMC komandaya Videoqraf axtarır.TələblərAli təhsil;Videoqrafiya, video istehsalı və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;Agentlik təcrübəsi üstünlükdür;Adobe Premiere Pro və Adobe After Effects proqramlarında sərbəst işləmək bacarığı;Əlavə montaj proqramlarını bilmək üstünlükdür;Video çəkilişi, montaj, işıqlandırma, səs yazısı, kadr kompozisiyası və süni intellekt alətlərindən istifadə üzrə peşəkar biliklər;Kreativ düşüncə və yüksək vizual zövq;Komandada işləmək bacarığı;Zərurət yarandıqda regionlara ezamiyyətə getmək imkanı.Vəzifə öhdəlikləriKampaniya, məhsul təqdimatı, mağaza aktivlikləri, tədbirlər, daxili kommunikasiya və employer branding layihələri üzrə video və foto çəkilişləri həyata keçirmək;Hazırlanmış materialları Reels, Story, TikTok, YouTube Shorts və digər rəqəmsal platformaların texniki tələblərinə uyğun montaj etmək;Məhsul təqdimatları, kampaniyalar, xüsusi təkliflər, mağaza yenilikləri, canlı yayımlar və digər video layihələrinin çəkiliş və post-prodakşn prosesini icra etmək;Çəkiliş zamanı rakurs, işıqlandırma, səs, kadr kompozisiyası və görüntü keyfiyyətinin yüksək standartlara uyğun olmasını təmin etmək;Video və foto materiallarda rəng korreksiyası, səs tənzimlənməsi, altyazılar, keçidlər, vizual effektlər və digər montaj işlərini peşəkar şəkildə həyata keçirmək;Məhsulların, mağaza mühitinin, əməkdaşların və korporativ brend elementlərinin vahid vizual standartlara uyğun təqdim olunmasını təmin etmək;Süni intellekt alətlərindən istifadə etməklə video ideyaları, ssenarilər, kadr planları və vizual konseptlərin hazırlanmasına dəstək vermək;Viral və trend kontent formatlarını araşdırmaq və tətbiq etmək;Hazırlanmış kontentin keyfiyyətinə nəzarət etmək;Materialları istifadəyə hazır formada aidiyyəti bölmələrə təqdim etmək və arxivləşdirilməsini təmin etmək;Çəkiliş avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına, düzgün istifadəsinə və texniki baxımına nəzarət etmək;Rəhbərliyin tapşırığına əsasən vəzifənin funksional istiqamətinə uyğun digər video və foto layihələrində iştirak etmək.İş şərtləriİş qrafiki: Həftə içi 5 günİş yeri: Bakı şəhəri, AL Market MMC-nin baş ofisiƏməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqıNahar: Şirkət tərəfindən təmin olunurNəqliyyat: Nəqliyyat dəstəyi mövcuddurMüraciət qaydasıTələblərə cavab verən namizədlər CV-lərini cv@azersun.com elektron poçt ünvanına göndərə bilərlər.E-poçtun mövzu hissəsində “Videoqraf” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
