Vakansiya haqqında
166 Yükdaşıma və Logistika şirkəti “Videoqraf“ vakansiyası elan edir.Tələblər:Müvafiq sahədə minimum 1–2 il iş təcrübəsi (portfolio mütləqdir);Adobe Premiere Pro, After Effects və ya analoji proqramlarda peşəkar səviyyədə işləmək bacarığı;Peşəkar video çəkiliş avadanlıqları ilə işləmək təcrübəsi (stabilizator, işıq, mikrofon);Kompozisiya, kadr qurma, işıqlandırma və rəng təshihi üzrə biliklər;Yaradıcı təfəkkür, detallara diqqət və müstəqil iş bacarığı;Sosial media trendlərini izləmək və müasir video formatları barədə məlumatlı olmaq;Namizədin şəxsi avadanlığının olması üstünlükdür.Vəzifə öhdəlikləri:Şirkətin marketinq və reklam kampaniyaları üçün video çəkilişlərin planlaşdırılması və həyata keçirilməsi;Sosial media platformaları (Instagram, TikTok, YouTube, Facebook) üçün qısa və uzunmetrajlı video kontent hazırlanması;Video montaj, rəng korreksiyası, səs tənzimləməsi və qrafik effektlərin əlavə edilməsi;Reklam çarxları, müsahibələr, məhsul təqdimatları və korporativ videoların çəkilişi;Ssenari və storyboard hazırlanmasında iştirak etmək;Çəkiliş avadanlıqlarının (kamera, işıqlandırma, mikrofon) düzgün istifadəsi;Komandanın digər üzvləri (dizayner, SMM mütəxəssis, marketinq komandası və s.) ilə sıx əməkdaşlıq etmək.İş şəraiti:İş qrafiki: 09:00-18:00;Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza.Uyğun namizədlərdən CV və portfolio-larını “Videoqraf” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
