Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:· Vergi uçotu proseslərinin təşkili və effektiv idarə olunmasının təmin edilməsi;· Vergi hesabatlarının düzgün, müəyyən edilmiş müddətlərdə hazırlanmasına nəzarət;· Vergi qanunvericiliyində baş verən dəyişikliklərin mütəmadi izlənilməsi və tətbiqinin təmin edilməsi;· Dövlət vergi orqanları ilə yazışmaların aparılması və işgüzar münasibətlərin idarə olunması;· Vergi risklərinin qiymətləndirilməsi və minimallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;· Daxili nəzarət mexanizmlərinin qurulması və təkmilləşdirilməsi;· Bölmə əməkdaşlarının fəaliyyətinin təşkili, koordinasiyası və peşəkar inkişafının təmin edilməsi;· Rəhbərliyə mütəmadi hesabatların hazırlanaraq təqdim edilməsi. Tələb olunan bilik və bacarıqlar:· Vergi qanunvericiliyi üzrə dərin biliklər və praktiki təcrübə; · Vergi hesabatlarının hazırlanması və təqdim olunması üzrə təcrübə; · Analitik düşünmə və problemlərin həlli bacarıqları; · Komanda idarəetməsi və liderlik qabiliyyətləri; · MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı; · Məsuliyyətlilik və dəqiqlik. Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:· Ali təhsil (Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində); · Müvafiq sahədə minimum 3–5 il iş təcrübəsi. İş şərtlərimiz:· İş qrafiki: Tam iş günü (5 gün);· İş saatları: 09:00-18:00;· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D Biz nə təklif edirik:· Əmək bazarında rəqabətli əməkhaqqı;· Peşəkar komanda mühiti;· Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Vergi uçotu Bölmə rəhbəri” yazaraq cv@tamstore.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
