Vakansiya haqqında
Decoliv Vəzifə öhdəlikləriŞirkətin fəaliyyət istiqamətlərinə uyğun vergi strategiyasını formalaşdırmaq və həyata keçirmək, vergi risklərini idarə etmək;Mövcud vergi qanunvericiliyi çərçivəsində sadələşdirilmiş vergi, gəlir vergisi, ƏDV, ÖMV və mənfəət vergisi bəyannamələrinin vaxtında, düzgün və tam şəkildə hazırlanmasını və təqdim edilməsini təmin etmək;Vergi orqanları və digər aidiyyəti dövlət qurumları ilə rəsmi yazışmaları, yoxlamaları və məlumat mübadiləsini idarə etmək;Debitor və kreditor borcları üzrə uçotun aparılmasını, qarşılıqlı üzləşmələrin təşkilini və hesabatlılığın təmin edilməsini həyata keçirmək;Mühasibatlıq, hüquq, əməliyyat və digər struktur bölmələrinə vergi və fiskal məsələlər üzrə metodiki dəstək və məsləhətlər vermək;Vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların daxili proseslərə inteqrasiyası ilə bağlı təkliflər hazırlamaq;Vergi hesabatları və sənədlərinin audit yoxlamalarına hazırlığını təşkil etmək, uyğunluq risklərini minimuma endirmək;ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin düzgün hesablanmasına və icrasına nəzarət etmək;Kameral və səyyar vergi yoxlamaları zamanı şirkəti təmsil etmək, müvafiq izahatları hazırlamaq;Bank əməliyyatlarına, ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət etmək;Əməkhaqqının hesablanmasına, vergi və sosial ödənişlərin düzgün tətbiqinə nəzarət etmək.Namizədə tələblərMaliyyə, mühasibatlıq və ya əlaqəli sahələr üzrə ali təhsil;Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi (rəhbər vəzifədə);PMS – Orta və iri sahibkarlıq fəaliyyəti üzrə sertifikata malik olmaq üstünlük hesab edilir;Vergi, gömrük, mülki və əlaqəli qanunvericilik üzrə dərin biliklərə malik olmaq;Yüksək səviyyədə analitik düşüncə və təhlil bacarıqlarına sahib olmaq;Detallara diqqətli, məsuliyyətli, dəqiq və peşəkar yanaşma nümayiş etdirmək.Təklif edirikƏmək bazarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı;Nahar ilə təminat;Könüllü tibbi sığorta paketi;Korporativ mobil nömrə və aylıq danışıq limiti.Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vergi işləri üzrə şöbə müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
