Vakansiya haqqında
Təsvir ·Şirkətin fəaliyyətinə uyğun olaraq vergi strategiyasının formalaşdırılması və həyata keçirilməsi, vergi risklərinin idarə olunması;· Mövcud vergi qanunvericiliyi çərçivəsində Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV və Mənfəət bəyannamələrinin vaxtında, düzgün və tam şəkildə hazırlanaraq təqdim olunmasının təmin edilməsi;·Vergi orqanları və digər aidiyyəti dövlət qurumları ilə rəsmi yazışmaların, yoxlamaların və məlumat mübadiləsinin idarə olunması;·Debitor və kreditor borcları üzrə uçotun aparılması, qarşılıqlı üzləşmələrin təşkili və hesabatlılığın təmin edilməsi;·Şirkətin müxtəlif bölmələrinə (mühasibatlıq, hüquq, əməliyyat və s.) vergi və fiskal mövzularda məsləhət və metodik dəstəyin göstərilməsi;·Vergi qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və bu dəyişikliklərin daxili proseslərə tətbiqi ilə bağlı təkliflərin hazırlanması;·Vergi hesabatları və sənədlərin audit yoxlamalarına hazırlığı və nəzarəti, uyğunluq risklərinin minimuma endirilməsi Sizin Üçün Təkliflərimiz: • 💰 Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi• 🍽️ Nahar təminatı və korporativ mobil nömrə ilə danışıq limiti• 🚌 Servis xidməti, 🚗 parking yeri və ⛽ yanacaq kartı• 🩺 Könüllü tibbi sığorta və 🏋️♂️ Push 30 imkanı• 📈 Peşəkar inkişaf və karyera yüksəlişi üçün geniş imkanlarTələblər· Təhsil: Ali (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə);· Təcrübə: Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;· Sertifikat: PMS – Orta və iri sahibkarlıq fəaliyyəti üzrə sertifikat arzuolunandır;· Vergi, gömrük, mülki və əlaqəli qanunvericilik üzrə biliklər;· Yüksək səviyyədə analitik düşüncə və təhlil bacarığı;· Detallara diqqət, dəqiqlik, məsuliyyətlilik və peşəkar etibarlılıqİmtiyazlarNahar təminatıNəqliyyatTibbi sığortaParking
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
