Vakansiya haqqında
Vakansiya haqqında Kapital Bankın Kreditlərin ilkin təqibi departamentinin ünvanda təqib şöbəsinin iş fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə, detallara qarşı diqqətli, analitik düşüncə qabiliyyətinə malik, eyni zamanda müştərilərlə effektiv ünsiyyət qurma bacarıqlarına sahib olan, komandada işləməyi sevən və məsuliyyətli namizədlər axtarırıq. TələblərTexniki bacarığı: Kompyuter-də işləmək səriştəsinə malik olmaq.Sahə üzrə iş təcrübəsi: Minimum 1 illik təcrübəyə malik olmaq.Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı,rus dili arzuolunandır.Digər səriştələr: Operativ, ünsiyyətçil, təmkinli və problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı mütləqdir.ÖhdəliklərGecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyatı, faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması;Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi.Təklif olunanlarİnkişaf imkanlarıRəqabətli əmək haqqı və bonuslarYüksək təminatlı sığortaDəstəkləyici mühitVisa Premium əmək haqqı kartıKorporativ endirimlərKorporativ tədbirlərƏlavə məzuniyyətGüzəştli təhsil və işçi kreditHaqqımızda Biz Azərbaycanda ən çox müştəriyə rəqəmsal xidmətlər göstərən və trendləri təyin edən bankıq. Biznes və texnologiya həllərini ölkəmizdə ilk dəfə ekosistem şəklində təqdim edən Birbankda işləmək – dinamika, inkişaf və çeviklik deməkdir. Ofislərimizdən müzakirə səsləri əskik olmur. Bu müzakirələrin mövzuları müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün daha üstün məhsullar hazırlamaq və əməkdaşlarımız üçün hər gün daha yaxşı iş şəraiti yaratmağın doğru yollarını axtarmaqdır. Birbank hədəflərin imkanlara qovuşduğu yerdir. Biz hər bir əməkdaşımız üçün böyük öyrənmə, inkişaf və karyera yüksəlişi imkanları, ən əsası isə ideyalarını reallaşdırmaq üçün unikal iş mühiti təklif edirik. Hədəfinizə yaxınlaşmaq üçün sizə də bankımızda öz yerinizi alın.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
