Vakansiya haqqında
📍“Nardaran İnvest” MMC “Topoqraf” vakansiyasını elan edir! Vəzifə öhdəlikləri:• Ərazi üzrə geodezik və topoqrafik təhlillər aparmaq, obyektləri, qurğuları və digər ərazi elementlərini yüksək dəqiqliklə ölçmək;• Topoqrafik çəkilişləri (syomka) həyata keçirmək və nəticələr əsasında obrislər hazırlamaq;• Müxtəlif miqyaslı xəritələr, topoqrafik planlar və xəritə materialları hazırlamaq;• Şəhərsalma və digər layihələr üçün topoqrafik məlumatlar hazırlamaq;• Relyef məlumatları ilə işləmək, rəqəmsal relyef modellərinin və həcm hesablamalarının hazırlanmasında iştirak etmək;• Topoqrafik ölçmələr aparmaq, xəritələşdirmə və ərazi məlumatlarını təhlil etmək;• Total Station, GPS/GNSS və digər geodezik ölçmə avadanlıqlarından peşəkar şəkildə istifadə etmək;• Sahə ölçmələrindən əldə olunan məlumatları AutoCAD və digər müvafiq proqram təminatlarına köçürmək və emal etmək;• Ölçmə nəticələri əsasında texniki hesabatlar, planlar və digər təqdimat materialları hazırlamaq;• Layihə ərazisində baş verən dəyişiklikləri və işlərin gedişatını mütəmadi izləmək;• Aşkar edilmiş dəyişikliklər, uyğunsuzluqlar və irəliləyişlər barədə layihə rəhbərliyinə vaxtında məlumat vermək;• Ölçmə və hesablamaların dəqiqliyinə, həmçinin hazırlanmış texniki sənədlərin layihə tələblərinə uyğunluğuna nəzarət etmək. Namizədə tələblər:• Geodeziya və Xəritəçilik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil — arzuolunandır;• Analoji vəzifə üzrə minimum 5 il iş təcrübəsi;• AutoCAD proqramında sərbəst işləmə bacarığı;• Total Station və GPS/GNSS avadanlıqları ilə peşəkar işləmə bacarığı;• Topoqrafik ölçmələr, xəritəçəkmə və geodeziya sahəsində geniş nəzəri və praktiki biliklər;• Topoqrafik məlumatların emalı, təhlili və texniki hesabatların hazırlanması bacarığı;• Relyef və həcm hesablamaları ilə işləmək bacarığı;• Sahə ölçmələrini dəqiq və operativ şəkildə həyata keçirmək bacarığı;• Texniki sənədləşdirmə və hesabatların hazırlanması üzrə bacarıqlar;• Komanda daxilində işləmək və layihə rəhbərliyi ilə effektiv kommunikasiya qurmaq bacarığı.Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Topoqraf” qeyd etməklə e.abdullayeva@seabreeze.az ünvanına göndərə bilərlər.Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
