Vakansiya haqqında
Təsvirİclas və Görüşlərin Təşkili və Protokollaşdırılmasıİclas və görüşlərdə iştirak etmək, qeydləri aparmaq və iclas protokollarını hazırlamaq;Protokolları iştirakçılarla paylaşmaq və müvafiq məlumat bazalarında qeydiyyata alınmasını təmin etmək;Tanışlıq və təhvil-təslim iclaslarında iştirak etmək, iclasların təşkilini təmin etmək və protokollaşdırmaq;Sənədləşməyə Nəzarət və İdarəetməŞirkət daxilində müəyyən edilmiş sənəd formatlarına və sənəd mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;Layihələr üzrə hüquqi və rəsmi sənədlərin düzgün şəkildə qəbulunu, saxlanılmasını, yenilənməsini və paylaşılmasını təşkil etmək;Şirkətdən çıxan sənədlərin göndərilməsini və qeydiyyatının aparılmasını təmin etmək;Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyəti üzrə yönləndirilməsi və arxiv sistemində düzgün şəkildə saxlanılmasını təmin etmək;Standartlara Uyğunluq və Keyfiyyət TəminatıSənəd dövriyyəsinin daxili prosedurlara və ISO 9001 keyfiyyət standartına uyğun həyata keçirilməsini təmin etmək;Layihənin təhvil-təslimi zamanı sənədləşmə prosesinin düzgün icra olunmasına nəzarət etmək;Koordinasiya və ƏməkdaşlıqSifarişçi, podratçı və icraçı şirkətlərlə sənəd mübadiləsinin koordinasiyasını həyata keçirmək;Tərəfdaş şirkətlərin lazımi sənədlər və nümunələrlə təmin olunmasını təşkil etmək;Tender və Müqavilə Sənədləri ilə İşTəsdiqlənmiş tender sənədlərinin uyğunluğunu yoxlamaq, onları toplamaq, çapa vermək, razılaşdırmaq, bölüşdürmək və serverə yerləşdirmək;Təsdiqlənmiş müqavilələrin uyğunluğunun yoxlanılması, çapa verilməsi, razılaşdırılması, qeydiyyata alınması və aidiyyəti şəxslərə təqdim edilməsini təmin etmək;Elektron Sistemlər və HesabatlılıqAconex və digər sənəd idarəetmə sistemləri vasitəsilə tələb olunan vaxtda və formada sənəd yoxlama hesabatlarını hazırlamaq;Əlavə TapşırıqlarŞöbə rəhbərinin tapşırıqlarına uyğun olaraq koordinasiya işlərini yerinə yetirmək;Rəhbərlik tərəfindən verilən digər oxşar tapşırıqları yerinə yetirmək. TələblərMüvafiq ixtisas üzrə ali təhsil;Sənədlərə nəzarət üzrə ən azı 2 il iş təcrübəsi; mülki-sənaye tikinti sahəsində təcrübə üstünlük sayılır;Layihələrin planlaşdırılması, icrası və monitorinqi prosesləri haqqında biliklər;Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə, Rus dili – arzuolunandır;Kompüter bilikləri: MS Office proqramları, eləcə də BIW, Conject, Aconex və 1C proqram təminatlarında işləmə bacarığı;Yüksək səviyyədə işgüzar yazışma və sənədlərlə işləmə bacarığı;Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
