Vakansiya haqqında
📍StoneMillers Əsas vəzifələr: Tikinti və təmir layihələrinin planlaşdırılması və icrasında mühəndis və layihə rəhbərlərinə dəstək vermək.Tikinti sahələrində gündəlik proseslərin izlənilməsi və hesabatların hazırlanması.Layihə üzrə ölçü işlərində, material siyahılarının (BOQ) hazırlanmasında və təhlilində iştirak etmək.Podratçılar, təchizatçılar və sahə komandaları ilə koordinasiya proseslərində layihə rəhbərinə yardım göstərmək.Layihə sənədlərinin, planların, iş qrafiklərinin və texniki tələblərin hazırlanmasına və yenilənməsinə dəstək olmaq.Tikinti keyfiyyətinin və təhlükəsizlik qaydalarının yerinə yetirilməsini izləməkdə iştirak etmək.Stonemillers-in keyfiyyət standartlarına uyğun olaraq interyer və eksteryer layihələrinin reallaşdırılması prosesində dəstək vermək.Sosial media üçün tikinti və layihə mövzularında maarifləndirici kontent hazırlanmasına kömək etmək Tələblər:İnşaat mühəndisliyi, memarlıq, layihə idarəetməsi və ya əlaqəli sahədə təhsil alan tələbə olmaq.Tikinti sahəsinə, dizayn və memarlıq proseslərinə maraq göstərmək.Analitik düşünmə, dəqiqlik və məsuliyyətlilik.Komanda ilə işləmə bacarığı və güclü ünsiyyət qabiliyyəti.Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) sərbəst işləmək.AutoCAD, ArchiCAD və ya digər dizayn proqramlarında ilkin bilik üstünlükdür.Ofisdə və sahədə tam iş rejimində işləmək imkanı.Qazanacaqlarınız:Real tikinti və təmir layihələrində iştirak etmək imkanı.Peşəkar mühəndislər, memarlar və layihə menecerləri ilə birbaşa işləmək.Praktiki təcrübə: ölçmə, material seçimi, iş qrafiki hazırlanması, podratçı koordinasiyası və s.Tikinti proseslərinin başdan–sona dərk edilməsi: layihə, təchizat, montaj, təslim mərhələləri.Stonemillers-in premium təmir və tikinti yanaşmasını praktiki olaraq öyrənmək.İnşaat sahəsində gələcək karyera üçün vacib olan texniki və yumşaq bacarıqların inkişafı.Layihə idarəetməsi və sahə nəzarəti üzrə baza biliklərinin əldə edilməsi.Qeyd: Təcrübə proqramını uğurla tamamlayan namizədlər Stonemillers şirkətində əməkdaş kimi işə qəbul ediləcəklər.Təcrübə uzunmüddətli nəzərdə tutulmuşdur. Qısa müddətli təcrübə axtaran şəxslərin müraciət etməməsi xahiş olunur.Bakalavrın son kursunda oxuyan namizədlərə üstünlük veriləcək.Təcrübə Detalları:Müddət: 3–6 ayFormat: Tam iş rejimiİş qrafiki: Bazar ertəsi – Cümə, 09:30–18:00Məkan: Stonemillers MMC ofisi, Bakı, AzərbaycanTəcrübə növü: ÖdənişsizUyğun namizədlər CV-lərini mövzu hissəsində “Tikinti layihələri üzrə Təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
