Vakansiya haqqında
📍CONALT Pharmaceutical Industryİş barədə məlumatŞirkət haqqında:"Conalt Azərbaycan" – Avropanın köklü və innovativ əczaçılıq təcrübəsini ölkəmizə daşıyan rəsmi nümayəndəlikdir. "Ömür boyu sağlamlıq, enerji və canlılığın simvolu" fəlsəfəsini rəhbər tutan Conalt, yüksək keyfiyyətli qida əlavələri və farmasevtik məhsulları ilə insanların həyat keyfiyyətini artırmağı hədəfləyir. Biz sadəcə məhsul təqdim etmirik, tibb dünyası ilə xəstələr arasında elmi və etibarlı bir körpü qururuq. Tibbi nümayəndə bizim üçün şirkətin "sahədəki siması" və elmi elçisidir. Bu vəzifənin əsas məqsədi Conalt-ın innovativ qida əlavələri haqqında tibbi mütəxəssisləri məlumatlandırmaq və bu məhsulların düzgün auditoriyaya çatmasını təmin edərək cəmiyyətin sağlamlıq standartlarını yüksəltməkdir. İş qrafiki: 09:00 dan– 18:00 dək (Bazar ertəsi – Cümə)İstirahət: Şənbə və Bazar günləri, həmçinin bütün rəsmi bayram günləri istirahətdirƏmək haqqı: Rəsmi və rəqabətqabiliyyətli (əmək müqaviləsi əsasında)Peşəkar inkişaf və beynəlxalq standartlara uyğun iş mühiti Müraciət üçün: Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Tibbi Nümayəndə" qeyd edərək pm.az@conalt.com ünvanına göndərə bilərlərÖhdəliklərTəyin olunmuş marşrut üzrə mütəmadi görüşlər keçirməkŞirkətin qida əlavələri portfelini tibbi müəssisələrdə və apteklərdə peşəkar şəkildə tanıtmaqSatış hədəflərinin icrasını təmin etmək və bazar analizi aparmaqYeni müştərilərin (həkim və əczaçılar) cəlb edilməsi və onlarla uzunmüddətli, davamlı əlaqələrin qurulmasıŞirkət tərəfindən təşkil olunan konfrans, seminar və digər tanıtım tədbirlərinin təşkilində aktiv iştirak etməkGündəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək.TələblərYaş həddi 20 – 45Tibbi nümayəndə sahəsində iş təcrübəsi mütləqdirXanım və ya Bəy namizədlər müraciət edə bilərAli və ya orta təhsil (sahə üzrə təcrübə və bacarıq daha önəmlidir)Dinamik iş mühitinə sürətli adaptasiya və yüksək ünsiyyət qurmaq qabiliyyətiNəticəyönümlü düşünmə və komandada işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
