Vakansiya haqqında
📍“Ağciyər Xəstəlikləri Mərkəzi” PHŞ-Yevlax Regional Xəstəxanası (AXM) / Ambulator şöbə /Şöbə: Ambulator şöbəVəzifə: Tibb bacısı (qardaşı) Vəzifə öhdəlikləri :Bu vəzifə təlimatı tibb bacısının vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.Tibb bacısı vəzifəsinə, iş stajına tələb qoyulmadan, “feldşer”, “tibb bacısı” və ya “mama” ixtisası üzrə orta tibb təhsili olan şəxs təyin edilir.Tibb bacısı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tibb müəssisəsininrəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.Tibb bacısı bilavasitə öz struktur bölməsinin rəhbərinə olmaqla, müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.Tibb bacısı aşağıdakıları bilməlidir:Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını; Səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; Tibb bacısı işinin nəzəri əsaslarını; Müalicə-diaqnostika prosesinin, xəstəliklərin profilaktikasının, sağlam həyat tərzinin təbliğinin əsaslarını; tibbi alət və avadanlıqların istismarı qaydalarını; sağlam əhalinin vəziyyətini və tibb müəssisəsinin fəaliyyətini xarakterizə edən statistik göstəriciləri; tibb müəssisəsinin tullantılarının toplanılması, saxlanılması və məhv edilməsi qaydalarını; tibbi sığortanın fəaliyyətinin və könüllü tibbi sığortanın əsaslarını; dietologiyanın əsaslarını; dispanserləşdirmənin əsaslarını; xəstəliklərin sosial əhəmiyyətini; fəlakətlərdə tibbi xidmətin əsaslarını; struktur bölməsinin tibbi qeydiyyat-hesabat sənədlərinin aparılması qaydalarını; tibbi sənədlərin əsas növlərini; tibbi etikanı, peşəkar ünsiyyət psixologiyasını; əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını,əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.Tibb bacısı həkiməqədər tibbi yardımı göstərir.Laboratoriya tədqiqatları üçün bioloji materialların götürülməsini həyatakeçirir.Tibb müəssisədə və evdə xəstələrə qulluğu həyata keçirir.Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərininsterilizasiyasını həyata keçirir.Ambulator və stasionar şəraitlərdə müalicə-diaqnostik manipulyasiyalar və kiçik əməliyyatlar aparılmasında həkimə assistentlik edir.Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara, həkimin ambulator qəbuluna hazırlanmasını aparır.Həkim təyinatının yerinə yetirilməsinin təmin edir.Dərman vasitələrinin və etil spirtinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyat keçirir.Xidmət göstərilən əhalinin fərdi qeydiyyatını, sağlamlıq vəziyyəti barədə məlumatların informasiya (kompüter) bazasını aparır.Kiçik tibb heyətinin fəaliyyətinə rəhbərlik edir.Tibbi sənədləşdirməni aparır. Xəstələr və onların qohumları arasında sağlamlığın möhkəmləndirilməsi və xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği üzrə sanitar- maarifləndirmə işini aparır.Tibbi tullantıların toplanılması və istifadə edilməsini həyata keçirir.Sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin, İİV infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirir.Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə təkmilləşdirmə kurslarında iştirak edir.Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. Əmək haqqı: Əmək haqqı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan işçilərin əməyin ödənilməsi qaydasına uyğun olaraq tənzimlənir.Müsahinə keçiriləcək ünvan:Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 120Başlama tarixi: 26.12.2025|Bitmə tarixi: 15.01.2026
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
