Vakansiya haqqında
Baku Medical Plaza-dan vakansiya: Tibb bacısı tələb olunurVəzifə öhdəlikləri:– Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;– Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara və həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək;– Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;– Tibbi sənədlərin müvafiq qeydiyyatının aparılması;– Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət– Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək;Namizədlərə tələblər:– Təhsil: Müvafiq orta ixtisas təhsili və Sertifikasiya şəhadətnaməsi mütləqdir– İş təcrübəsi: Klinikada müvafiq vəzifə üzrə iş təcrübəsi üstünlükdür– Operativ və dəqiq işləmək bacarığı– Pasiyentlərlə nəzakətli və anlayışlı davranış– Gigiyena və sterilizasiya qaydalarına yüksək səviyyədə riayət etmək bacarığı– Müəssisə daxili nizam-intizam qaydalarına əməl etmək.İş şəraiti:– İş qrafiki: Növbəli iş qrafiki– İş yeri: Baku Medical Plaza – Babək filialıƏmək haqqı:– Aylıq məvacib 400-500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyatMüraciət üçün:– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Babək filialı – Tibb bacısı” yazaraq hr@bmp.az e-poçt ünvanına əlavə edib göndərmələri xahiş olunur– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
