Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Vakansiya bağlanıb

Bu elan arxivdə saxlanılır. Müraciət etməzdən əvvəl mənbədə aktivliyini yoxlayın.

Vakansiyalar

Texnoloq

QobustanMənbə: Work.az

Vakansiya haqqında

TəsvirMüəssisədə istehsal proseslərinin texnoloji rejiminə nəzarət edir və onların avtomatlaşdırılmasını təmin edir.Məhsulun istehsalı üçün əməliyyat marşrutlarını və işlərin yerinə yetirilmə ardıcıllığını müəyyənləşdirir.Avadanlıqların yerləşdirilməsi, texniki təchizatı və iş yerlərinin təşkili üzrə planlar hazırlayır, istehsal gücünü və avadanlıqların yüklənmə səviyyəsini hesablayır.Texniki cəhətdən əsaslandırılmış vaxt normalarının (hasilat norması), xətti və qovşaq qrafiklərinin işlənib hazırlanmasında iştirak edir.Texnoloji normativlər, təlimatlar, yığım sxemləri, marşrut xəritələri, texniki səviyyə və məhsulun keyfiyyət xəritəsi kimi sənədləri hazırlayır.Texnoloji avadanlıqların düzgün istismarına nəzarət edir.Keyfiyyətsiz və zay məhsul istehsalının səbəblərini təhlil edir, onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər hazırlayır.Buraxılan məhsul barədə daxil olan narazılıqların araşdırılmasında və müvafiq həll yollarının tapılmasında iştirak edir. TələblərAli təhsil;Müvafiq sahəyə aid sertifikatlar;İstehsalat və ya tikinti sahəsində 2-3 il iş təcrübəsi;MS Office proqramları üzrə biliklər;Rus dili arzuolunandır;Ezamiyyə səfərlərinə getməyə hazır olması;Davamlı inkişaf;Keyfiyyət yönümlülük. İş şəraiti:6 günlük (6-cı gün qısa iş günü)İstirahət günü: Bazar günüQeyd: Çeylidağ və Qobustan rayonu (Şamaxı tərəf) ərazisi istiqamətində yaşayanlara üstünlük veriləcəkdir. Biz nə təklif edirik: Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)Bonus sistemiPeşəkar inkişaf üçün təlimlər və seminarlar.Dinamik və gənc komanda ilə iş imkanı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.