Vakansiya haqqında
Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “Texniki rəssam” Əmək funksiyası: Əməliyyatlar üçün bütün detalların texniki şəklini çıxartmaq,emalata və KİS-ə göndərmək;Məhsulların texniki pasportlarının və paketləmə təlimatlarının hazırlanması; Məhsulların montaj təlimatlarının və yığımlarının hazırlanması;Logo kodlarının texniki rəsmlərə və yığıma qeyd edilməsi;Detalların və montajın texniki xüsusiyyətlərini hesabat formasına salmaq və arxivləşdirmək;Yerli və beynəlxalq (DÜST,GOST,EN,ISO,APİ,AWWA və s) standartlarda olan toleranslarla işləmək və bunları bilmək; Yeni sifariş olan məhsulların üzərindən ölçü götürmək,bunların texniki rəsmlərini hazırlamaq və prototip hazırlanarkən mühəndislərə köməklik göstərmək;Şöbə rəhbərinin tapşırdığı digər texniki məslələrin həllində fəal iştirak etmək;Bilməlidir:Qatı modelləmə programını yaxşı istifadə etmək (Solidworks),MS Office proqramlarından ən az Word ve Excel,Layihə hazırlama ve təqib prosedurlarını bilməlidir;Yerli və beynəlxalq (DÜST, EN, İSO, APİ, AWWA və s.) standartları istifadə etməyi bilməlidir;İş qrafiki: Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.İstirahət günü: Şənbə və Bazar günüNamizədə tələblər: Ali təhsil İngilis və Rus dili biliyiMS Office proqramlarıMüvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsiNamizədlərin dəyərləndirilmə prosesi:Birinci mərhələ- Məntiqdən test imtahanı, İnsan resursları şöbə rəisi və Texnologiya bölmə rəisi ilə müsahibəİkinci mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul Təminatlar:Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir; Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini “Texniki rəssam” başlığı altında qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı. Əlaqə nömrəsi: +994 12 377 44 44
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
