Vakansiya haqqında
“AZ CONSTRUCTION A” MMC tikinti layihələri üzrə komandasına texniki sənədləşmə və layihə işləri sahəsində təcrübəsi olan Texniki Ofis Mühəndisiaxtarır!Vəzifə öhdəlikləri:Tikinti işləri üzrə texniki sənədlərin, layihə çertyojlarının və iş həcmlərinin hazırlanması və yoxlanılması;Görülmüş işlərin həcmlərinin ölçülməsi, ölçü cədvəllərinin və icra sənədlərinin tərtib edilməsi;Materialların silinməsi və istifadəsi üzrə sənədlərin hazırlanması, faktiki sərfiyyatın yoxlanılması və nəzarətdə saxlanılması;Anbar üzrə materialların mədaxil və məxaricinin, qalıqlarının və hərəkətinin izlənilməsi;Smeta sənədlərinin hazırlanması, yoxlanılması və faktiki görülmüş iş həcmləri ilə müqayisə edilməsi;Material sərfiyyatının smeta və layihə göstəricilərinə uyğunluğuna nəzarət;Tikinti sahəsindən daxil olan məlumatların sistemləşdirilməsi və müvafiq hesabatların hazırlanması;Sahə mühəndisləri, iş icraçıları, anbar və mühasibatlıq şöbəsi ilə koordinasiyalı işin təşkili.Namizədə tələblər:Tikinti mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;Smeta, material sərfiyyatı, silinmə sənədləri və anbar uçotu üzrə bilik və təcrübə;AutoCAD, MS Excel və MS Office proqramları ilə işləmək bacarığı;Tikinti layihələri, iş həcmləri və texniki sənədlərlə işləmək bacarığı;Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik.İş şəraitiİş yeri: Xocavənd və Ağdam şəhəriİş günləri: Həftənin 5 günüİş saatları: 09:00–18:00Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir.Rəsmi əmək müqaviləsiPeşəkar və işgüzar iş mühitiVakansiya ilə maraqlanan namizədlər CV-lərini “Texniki Ofis Mühəndisi” başlığı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
